Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-653/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 yanvar 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 447000.00 Avro məbləğində olan vəsaiti bank hesabından 29 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin 90871.00 Avro hissəsi hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 30 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən ərizə ilə müraciət edilərək göstərilmişdir ki, iş üzrə məhkəmə iclasının təyin olunduğu zamandan tərəflərindən araşdırılma aparılmış, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-yə məktub göndərilərək, Şəxs MMC-dən 3A X4 X5 Gida Akar. Paz. İth. İhrsan ve Tic. LTD şirkətinə xx.xx.2022-ci il tarixdə ödənilmiş 447000 euro avans məbləğin tam bağlanması ilə bağlı məhkəməyə təqdim etmələri üçün rəsmi sənəd verilməsini xahiş etmişlər. "xxxx" ASC müraciətlərinə cavab olaraq xx.xx.2025-ci il tarixli 16784 saylı məktubla bildirmişdir ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən “3A GLOBAL ENDUSTRİYEL İSİTMA SO GUTMA SİSTEMLERİ İNSAAT GİDA AK PAZ İTH İLİR SAN VE TİC LTD STİ” şirkətinin xeyrinə xx.xx.2022-ci il tarixində aparılmış 447000 EUR avans ödənişi cədvəldə qeyd olunan gömrük bəyannamələri ilə tam bağlanılmışdır”. Məhz həmin məktubun əsasında görünür ki, tərəflərindən inzibati xəta haqqında aparılan şəxs qismində olmaları onların üzərindən götürülməlidir. Şəxs MMC-nin aidiyyatı üzrə qurum, vergi və ya gömrük rüsumu və ya digər öhdəliklər üzrə borcu mövcud deyildir, tərəflərindən aparılmış maliyyə hesabları üzərində hal-hazırda ödənişlərdə fərq yaranmamış, qanunvericilik əsasında şirkətləri fəaliyyətini göstərməklə, gömrük bəyannamələrini, ödəniş sənədlərini, mühasibatlıq hesabatlarını tam və vaxtında həyata keçirir. Belə olduğu təqdirdə, məhkəmə qətnaməsinin onların xeyrinə qət olunmasını və barələrində olan inzibati xəta protokolunu ləğv edilməsini tələb edirlər. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən 3A X3 Sistemleri LTD.ŞTİ şirkəti ilə, 21/1141/VS.01 saylı xx.xx.2021-ci il tarixli aralarında bağlanmış müqaviləyə əsasən qarşılıqlı xidmət zamanı gördükləri təhvil aldıqları malın qarşılığında ödədikləri məbləğ və valyuta əməliyyatlarını qanun çərçivəsində həyata keçirtmişlər. Mövcud olan vəziyyət əsasında hər kəsə məlumdur ki, Türkiyə Cümhuriyyətində valyuta (türk lirəsi) daim sabit deyildir. Buna baxmayaraq, tərəflərindən heç bir vergi və iqtisadi baxımından nöqsanlara yol verilməmişdir. Buna görə də, barələrində olan protokol qanunsuz və əsassızdır. Belə ki, tərəflərindən bütün tələblər həyata keçirilmişdir. Şəxs MMC istər daxili istər xarici şirkətlər ilə müqavilə əsasında xidmət alan və ya xidmət göstərən zaman ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Şərh olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli 16784 saylı göndərilmiş rəsmi məktubun əsasında tərəflərindən heç bir inzibati xətanın törədilməməsini nəzərə alaraq, barələrində olan inzibati xəta barəsində protokolun ləğv olunmasını və inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı ərizənin məzmununda göstəriləmn qaydada izahat vermiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 29 dekabr 2022-ci il tarixdə 447000.00 Avro məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsaitin 90871.00 Avro hissəsi hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X7 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2025-ci il tarixli yazılı məlumat, eləcə də Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla (müvəkkil bankın rəsmi məktubu və gömrük bəyannaməsi) müəyyən edilmişdir ki, Şəxs MMC 447000.00 Avro məbləğində olan vəsaiti bank hesabından 29 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində həmin pul vəsaitinin qalan 90871.00 Avro hissəsi hesabına alınan mallar ölkəyə gətirilmişdir, hansı ki, bu, müvafiq sübutlarda öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-653/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-653/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver