Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-665/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi Protokol tərtib etmiş şəxs Nümayəndə, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan,Gəncə şəhəri, Nizami rayonu,Məhrəsə Bağı evi 16, mənzil 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 18 mart 2022-ci il tarixdə inzibati məsuliyyət haqqında tərtib olunmuş protokola əsasən, o, 04.02.2022-ci il tarixdə vət. Zərərçəkmiş şəxs qarşı 200 manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Nümayəndə izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yaşayan vət. Zərərçəkmiş şəxs 04.02.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Babək pr-tində yerləşən “Azpetrol” YDM-nin yanında dostuna məxsus avtomobil üçün ehtiyyat hissələri almaq adı ilə *2111 taksi çağırışı xidmətinə kuryer sifarişi ilə gələn sürücüyə ehtiyyat hissələri almaq üçün 200 manat pul vermiş, lakin həmin sürücü vədinə əməl etməyərək onu aldadaraq 200 manat pulunu ələ keçirtmişdir. Bununla bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin taksi sürücüsü Şəxsdur. Bundan sonra həmin şəxs polis bölməsinə gətirilmiş və bununla bağlı müvafiq sənədlər tərtib tərtib olunaraq aidiyyət üzrə baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan əməldə təqsirli bildi, izahat verərək göstərdi ki,o, həqiqətən də, 04.02.2022-ci il tarixdə vət. Zərərçəkmiş şəxs ehtiyyat hissələri almaq üçün 200 manatı almış, lakin vədinə əməl etməyərək onun pulunu ələ keçirmişdir. O, hal-hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Xahiş etdi ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 04.02.2022-ci il tarixdə *2111 taksi xidməti vasitəsi ilə kuryer sifariş vermiş, həmin sifarişə gələn adını sonradan bildiyi İmran adlı şəxs ondan 200 manatı götürüb, ehtiyyat hissələrini gətirəcəyini vəd edərək, onun pulunun ələ keçirmişdir. Bundan sonra o, məcbur olub polisə müraciət etmiş və araşdırma nəticəsində ona ziyan vuran şəxs saxlanılmışdır. Hal-hazırda ona dəyən ziyan tam olaraq ödənilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. Xahiş etdi ki, iş üzrə icraata xitam verilsin. İş materiallarından Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Ömər Məmmədovun 10 fevral 2022-ci il tarixli qərarına əsasən vət. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış digər sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinin tələbinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında başlanmış işin icraatına xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün, bununla da iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-115, 128- 130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(007)-665/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-665/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver