Məhkəmə qərarları › İş №3(007)-684/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-684/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-684/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs, protokol tərtib etmiş Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqovanın, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1971cu il tarixdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Saatlı rayonunda qeydiyyatda olan olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)6091/2024-020 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 01-2-23 saylı xidmət müqaviləsi üzrə 3711.44 manat əsas borc, 186 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 59 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC -yə ödənilməsinə dair tələb "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən icra edilmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqova çıxış edərək bildirdi ki, Şəxs icra sənədi üzrə müvafiq tələbləri yerinə yetirmədiyindən barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd etdi ki, barəsində protokol tərtib olunmuş və icraat aparılan şəxs aldadılaraq müvafiq sənədlərə qol çəkmiş və onun adına müvafiq sənədləşmələr aparılmaqla "xxxx" MMC-nin rəhbərti kimi qeyd edilmişdir. Bununla bağlı aidiyyatı hüuq mühafizə orqanlarına tələbkarlar tərəfindən müraciət olunsa da hər hanısa nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi Şəxs məsuliyyətə cəlb edilməsini və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru Şəxs çıxış edərək hal-hazırda məhkəmə qərarının icra olunmasının qeyri mümkün olduğunu bildirdi. Qeyd etdi ki, qeyd olunan hüquqi şəxs ona məxsus deyildir, adladılaraq müəyyən sənədlərə qol çəkmiş və adına sənədləşmələr aparılmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)6091/2024- 020 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh "xxxx" MMc-dən xx.xx.2023-cü il tarixli 01-2-23 saylı xidmət müqaviləsi üzrə 3711.44 manat əsas borc, 186 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 59 manat tutularaq iddiaçı "Təmiz Həyat 5” MMC-yə ödənilməsinə dair tələbin "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən yerinə yetirilməsi müəyyən edilmişdir. İş materiallarında olan “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqova tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-ci tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki Şəxs Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6091/2024-020 saylı xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar