Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-696/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-nin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 18.11.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “VAZ 21154” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bu barədə Bakı şəhər BPİ-nin DYPİ-nin Yol patrul xidməti inspektoru V.Ə.Talıbov tərəfindən 18.11.2021-ci il tarixdə, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2021-ci ilin noyabr ayında 8-ci km qəsəbəsində avtomobilini saxlamış, kameraya düşməməsi üçün avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmışdır. DYPİ-nin avtomobili yanında saxlamış, polis əməkdaşı avtomobildən düşüb mobil telefon ilə çəkməyə başlamışdır. O, polis əməkdaşından nə səbəbə çəkdiyini soruşduqda polis əməkdaşı avtomobilin nömrəsinin görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyi üçün 500 manat cərimə olunduğunu bildirmişdir. O, dayanma-durma qaydalarını pozduğu üçün cərimə yazmasını xahiş etmişdir. Lakin polis əməkdaşı avtomobilini cərimə meydançasına aparmış, ona isə 9-cu otağa getməyini bildirmişdir. O, səhərisi gün 9-cu otağa getmiş, orada ona 500 manat cərimə olunduğunu demişlər. O, buraxılış yazdırıb avtomobilini cərimə meydançasından götürmüşdür. 2 gün sonra ona 450 manat cərimə gəlmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ-nin X2 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan fotoşəkildən görünür ki, “VAZ 21154” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmək üçün üzəri örtülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, “VAZ 21154” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və ya qurğu götürülərək saxlanca verilmədiyindən həmin örtük və ya qurğunu müsadirə etmək mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1982-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-696/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-696/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver