Məhkəmə qərarları › İş №3(007)-7/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-7/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-7/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, qərardan protest vermiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X2 iştirakı ilə, Bakı şəhəri Nizami rayon prokurorunun Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından protestinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından protest verilmişdir. Protest onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində X3 idarə etdiyi “JEEP Cheroke” markalı ** PK *** dövlət nömrə nişanlı avtomobillə X5 idarə etdiyi “Mercedes’' markalı ** VK *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə ikinci avtomaşının sürücüsü X8 xəsarət almış və Travmatologiya xəstəxanasına müraciət etmişdir. Daxil olmuş məlumat üzrə Nizami RPİ-nin TŞ-də araşdırma aparılmış və keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 260 saylı rəyi ilə müəyyən edilmişdir ki, X5 tibbi müayinəsi zamanı sağ əldarağı zağlarının gərilməsi ilə müşayiət olunan sağ mil sümüyünün başının, kapsul və bağ aortanın gərilməsi ilə müşayiət olunan sağ incik sümüyünün aşağı 1/3-nin qəlpəli və sağ İ ayaqdarağı sümüyünün sınıqları, burun belinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi və sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu dayanmış vəsiyyətdə olan avtomobillə hərəkətdə olan digər avtomobilin toqquşması nəticəsində yarana bilər, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Bundan başqa, araşdırma zamanı keçirilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 9/252 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Jepp Cheroke” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisə zamanı Mercedes markalı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü E.İbrahimovun hərəkətlərində Qanunun 55.1-ci maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması üçün xüsusi texniki bilik tələb olunmadığından ekspertin səlahiyyətlərinə aid deyildir. Hüquqi məna kəsb etdiyindən həmin hal istintaq (təhqiqat) orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Araşdırma müddətində xx.xx.2020-ci il tarixdə X1 RPİ-nə ərizə ilə müraciət edərək X6 tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənildiyini, Rövşən İsmayılovla barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən də, xx.xx.2020-ci il tarixdə Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyev tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən X3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə X8 ərizə ilə Nizami rayon prokurorluğuna müraciət edərək xx.xx.2020-ci il tarixdə avtomobil ilə vurularaq xəsarət alması ilə əlaqədar sürücü ilə əvvəllər barışması barədə ərizə versə də, hazırda ona xəsarət yetirmiş sürücüdən şikayətçi olduğunu bildirərək həmin sürücünün cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə tərəfindən material üzrə Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyevin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilərək material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Fuad Bağırov tərəfindən fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 20080254 saylı cinayət işi başlanaraq icraatına qəbul olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində “xxxx” ASC-yə məxsus etibarnamə ilə “Jeep Cheroke” markalı ** PK *** dövlət qeydiyyat nişanlı, saz vəziyyətdə olan avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, körpünün üzərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən hərəkət edərkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkət təhlükəsizliyini təmin edən ara məsafəsi saxlayaraq onun yanında getməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobili 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin qabaq sol hissəsi ilə dayanmış vəziyyətdə X7 məxsus Mersedes Benz markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfini və həmin avtomobilin arxa tərəfində dayanmış sürücü Elvin İbrahimovu vuraraq ehtiyatsızlıqdan sonuncunun sağ əldarağı bağlarının gərilməsi ilə müşayiət olunan sağ mil sümüyünün başının, kapsul və bağ aparatının gərilməsi ilə müşayiət olunan sağ incik sümüyün aşağı 1/3-nin qəlpəli və sağ İ ayaqdarağı sümüyün sınıqları, burun belinin sıyrığı, burun çəpinin sola doğru əyilməsi və sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun sümüyün yerdəyişmiş sınığı ilə nəticələnən sağlamlığına az ağır zərər vurmaya aid xəsarətləri almasına səbəb olmuşdur. xx.xx.2020-ci il tarixdə X6 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, istintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru Ramil Yaqubov tərəfindən hadisənin törədilməsində təqsirli olan, “Jeep Cherokee” markalı ** PK *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X6 barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixli TP ******* saylı qərar əsasında sürücü R.M.İsmayılov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, “Jeep Cherokee” markalı ** PK *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X3 barəsində Bakı şəhər Nizami RPİnin DYPŞ-nin inspektoru Ramil Yaqubov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilməlidir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru Ramil Yaqubov tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsassız olduğuna görə ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-1510/2020 saylı qərarına əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun protestinin təmin edilməsi, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X11 tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan X6 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2067/2020 saylı qərarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında qərardan protest vermiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X4 protestin dəlillərini müdafiə edərək, protestin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərarı barəsində protest verilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protest vermiş orqanın nümayəndəsini dinləyib, protesti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, protest təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X11 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 19:30-da “Jeep Cherokee” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X11 tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 19:30-da “Jeep Cherokee” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixdə saat 19:30da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində X3 idarə etdiyi “Jeep Cherokee” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə X5 idarə etdiyi “Mercedes” markalı ** VK *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü X8 xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 260 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 aldığı xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində yarana bilər, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxx 2020-ci il tarixli 9/252 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Jepp Cheroke” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat zamanı xx xxxx 2020-ci il tarixdə X1 RPİ-nə ərizə ilə müraciət edərək X6 tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənildiyini, Rövşən İsmayılovla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmin hal nəzərə alınaraq Nizami RPİ-nin TŞ-nin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən X3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin xx xxxxx 2020-ci il tarixdə X8 ərizə ilə Nizami rayon prokurorluğuna müraciət edərək xx xxxx 2020-ci il tarixdə avtomobillə vurularaq xəsarət alması ilə əlaqədar sürücü ilə əvvəllər barışması barədə ərizə versə də, hazırda ona xəsarət yetirmiş sürücüdən şikayətçi olduğunu bildirib, həmin sürücünün cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə prokuror tərəfindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. xx xxxx 2020-ci il tarixdə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Fuad Bağırov tərəfindən fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 20080254 nömrəli cinayət işi başlanaraq icraatına qəbul olunmuşdur. İbtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdə X6 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru Ramil Yaqubov tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərar qəbul edildiyindən hazırda həmin qərarın ləğv edilməsi ilə bağlı prokuror tərəfindən protest verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2, 54.3 və 54.6-cı maddələrinin hal-hazırda qüvvədə olan redaksiyasına müvafiq olaraq, prokuror öz təşəbbüsü ilə başlanmış, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işin baxılmasında iştirak edib-etməməsindən asılı olmayaraq həmin iş üzrə qəbul edilmiş qərardan məhkəməyə protest vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, təhqiqat zamanı işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmədiyi, bunun nəticəsində araşdırma üzrə qəbul edilmiş qərar ləğv edildiyi, habelə, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə daha ağır məsuliyyət nəzərdə tutulan cinayət işinin istintaqının aparılması nəzərə alınaraq, həmin hadisə üzrə qəbul edilmiş inzibati xəta haqqında qərar qüvvədə qala bilməz, qeyd olunan qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon prokurorunun protesti təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X11 tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 54, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami rayon prokurorunun protesti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X11 tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar