Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-706/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının X1 Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının X1 Bakı regional bölməsindən daxil olmuş materiala əsasən Şəxs MMC İD********** nömrəli müraciət əsasında ölkəyə idxal etdiyi spirtli içki məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33a ünvanında yerləşən anbarda satmışdır Bu barədə Azərbaycan Respublikasının X1 Bakı regional bölməsinin məsləhətçisi A.M.Zeynalov tərəfindən 18.03.2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, idxal olunan spirtli içki məhsullarını 2021-ci ilin avqust və sentyabr aylarında qida təhlükəsizliyi sertifikatı olmadan satmışlar. MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl X1 Bakı regional bölməsinin 14.03.2022-ci il tarixli, 23/1/İSN-2974 saylı məktubuna cavab olaraq həmin malların 2021-ci ilin avqust və sentyabr aylarında satıldığını bildirmişlər. Lakin buna baxmayaraq X1 Bakı regional bölməsi 18.03.2022-ci il tarixli, 23/1/İSN-3188 saylı məktubla malların geri qaytarılmasını tələb etmişdir. Bundan əvvəl də X1 Bakı regional bölməsində rəsmi qəbulda olan zaman şifahi şəkildə malların satışının 2021-ci ilin sentyabr ayında başa çatdığını və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini bildirmişlər. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının X1 Bakı regional bölməsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının X1 Bakı regional bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - 20.08.2021-ci il tarixli, İD********** nömrəli elektron ərizədən görünür ki, Şəxs MMC idxal olunan spirtli içki məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə müraciət etmişdir. - Azərbaycan Respublikasının X1 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 14.03.2022-ci il tarixli, 23/1/İSN-2974 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin ölkəyə idxal olunmuş araq məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığı 20.08.2021-ci il tarixli, İD********** nömrəli müraciətinə Agentliyin Bakı regional bölməsində baxılmışdır. 20.08.2021-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunmuş məhsul partiyasının (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 28.03.2022-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraata başlanılacağı bildirilmişdir. - Şəxs MMC tərəfindən X1 Bakı regional bölməsinə ünvanlanmış 17.03.2022-ci il tarixli, 15 nömrəli məktubdan görünür ki, X1 Bakı regional bölməsinin 14.03.2022-ci il tarixli, 23/1/İSN-2974 nömrəli məktubuna cavab olaraq 20.08.2021-ci il tarixli, İD********** nömrəli müraciətlərində göstərilmiş məhsulların 2021-ci ilin avqust və sentyabr ayları ərzində satıldığını bildirmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən üç aydan çox vaxt keçdiyinə görə Şəxs MMC-yə 20.04.2022-ci il tarixdə inzibati tənbeh verilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-706/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-706/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver