Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-709/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1999-cu ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR Şərur rayonu Püsyan kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları tədiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Q.Qarayev prospektində dayanma və durma qaydalarını pozmuş nəticədə polis əməkdaşları onun barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək istəyərkən aralarında mübahisə yaranmışdır. O, YPX əməkdaşı ilə əsəbi danışmışdır. Onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Q.Qarayev prospektində idarə etdiyi Mercedes markalı nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozduğuna görə Bakı şəhəri Nizami RPİ-nin DYPİ-nin YPX əməkdaşı X2 tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib etmək istənilmişdir. Lakin Şəxs özünə aid heç bir sənəd təqdim etməmiş həmçinin protokol tərtib edilməsinə mane olmuşdur. Bununlada Şəxs inzibati xəta hadisəsi rəsmiləşdirilərkən polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra əraziyə PPX əməkdaşları çağırılmış və Şəxs şöbəyə dəvət olunmuşdur. Şahid Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 ifadəsində bildirdi ki, Şəxs, xx xxxxxx 2021-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi Mercedes markalı nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozduğuna görə o, həmin avtomobilə yaxınlaşmış və inzibati xətanı rəsmiləşdirmək üçün sürücü Şəxs hüquq və vəzifələri izah edilməklə yol hərəkəti qaydalarını pozması bildirilmiş və ondan müvafiq sənədləri tələb etmişdir. Lakin Şəxs heç bir qanun pozuntusu törətmədiyini bildirərək sənədləri təqdim etməkdən imtina etmiş və həmçinin protokol tərtib edilməsinə mane olmuşdur. Şəxs etdiyi qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsindən ötrü ərazi üzrə polis şöbəsinə dəvət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, sosial vəziyyətini, əvvəllər məhkum olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-709/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-709/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver