Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-71/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 və X1 iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, A.K.Qarayev küçəsi, ev 40-da qeydiyyatda olan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (köhnə) 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş və icra məmurunun 19 dekabr 2022-ci il tarixli qərarı əsasında bir icraatda birləşdirilmiş -
1. "xxxx" MMC-dən 50500 manat məbləğində pulun Zərərçəkmiş şəxs6 xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli 2(011)- 3068/2015 nömrəli;
2. "xxxx" MMC-dən 50000 manat məbləğində pulun Zərərçəkmiş şəxs10 xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli 2(011)- 1548/2016 nömrəli;
3. "xxxx" MMC-dən 8500 manat məbləğində pulun Zərərçəkmiş şəxs8 xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(011)- 2862/2017 nömrəli;
4. "xxxx" MMC-dən 5030 manat məbləğində pulun Zərərçəkmiş şəxs4 xeyrinə, 5030 manat məbləğində pulun Zərərçəkmiş şəxs5 xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(011)-2749/2018 nömrəli;
5. 10 noyabr 2011-ci il tarixli müqavilədə göstərilmiş mənzilin ölçülərinə müvafiq (68 kv.m sahəsi olan 1 otaqlı mənzil) digər mənzilin Zərərçəkmiş şəxs1 təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(007)-345/2019 nömrəli;
6. "xxxx" MMC-dən 74000 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 xeyrinə tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(103)- 7196/2019 nömrəli;
7. "xxxx" MMC-dən 21000 manat məbləğində pulun Zərərçəkmiş şəxs3 xeyrinə tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(103)-530/2020 nömrəli;
8. "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(011)-1419/2020 nömrəli;
9. "xxxx" MMC-dən 78821,4 manat məbləğində pulun Zərərçəkmiş şəxs9 xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(007)- 1869/2021 nömrəli icra sənədlərinin icrasının təmin olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, həmin icra sənədi üzrə borcların ödənilməsini təmin etməyərək icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli 2(011)- 3068/2015 nömrəli icra sənədi Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci girişinin 7-ci mərtəbəsində yerləşən sahəsi 67,7 kv.m olan 41 nömrəli mənzilinin X2 təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsinə dair hissədə icrası təmin edildiyindən nəzərə alınmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək, bir icraatda birləşdirilmiş icra sənədlərinin icrasını qərəzli olaraq təmin etmədiyinə görə "xxxx" MMC-nin vəzifəli şəxsi-direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (mobil telefonuna zəng edilərək və elektron qaydada SMS məlumat göndərilərək) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdə Şəxs "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunduğu göstərilsə də, nəzərə alınmalıdır ki, həmin hal Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmamışdır, istər 21 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib olunması zamanı, istərsə də hazırda MMC-nin direktoru və qanuni təmsilçisi qismində Şəxs qeydiyyatı qüvvədədir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 izahatında göstərmişdir ki, "xxxx" MMC-dən 8500 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(011)-2862/2017 nömrəli icra sənədi uzun müddətdir ki, verilməsinə baxmayaraq indiyədək icra edilməmişdir. Bununla da, tələbkar kimi onun hüquqlarına ciddi zərər dəymişdir. MMC-nin direkroru Şəxs barəsində ciddi tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 izahatında göstərmişdir ki, dəfələrlə tələb etməsinə baxmayaraq "xxxx" MMC-dən 5030 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(011)-2749/2018 nömrəli icra sənədi indiyədək icra olunmamış, tələbkar kimi hüquqları pozulmuşdur. MMC-nin direkroru Şəxs barəsində ciddi tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli 2(011)-3068/2015 nömrəli icra sənədinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci girişinin 7-ci mərtəbəsində yerləşən sahəsi 67,7 kv.m olan 41 nömrəli mənzilin "xxxx" MMC tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Mənzil ona təhvil verildiyinə görə MMC-yə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin (21 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı qüvvədə olmuş) 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən "xxxx" MTK-nın direktoru, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslərdən birinə münasibətdə icra sənədinin icra olunmasını və onun şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin (köhnə) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nəriman Mehdiyev