Məhkəmə qərarları › İş №3(007)-710/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-710/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-710/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil və protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 30-cu küçə, nömrəsiz həyət evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 327.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs sərxoş halda, xx.xx.2024-cü il tarixdə saat 06:40 radələrində idarə etdiyi “VAZ 21074” markalı, ** EU *** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış vəziyyətdə olan X5 idarə etdiyi “KİA” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. X1 xəsarət almışdır. Bununla da o, İXM-in 333.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, qarşı tərəf nəqliyyat vasitəsini qəflətən onun nəqliyyat vasitəsinin qarşısında saxladığı üçün avtomobili vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə baş vermişdir. O, baş vermiş hadisə zamanı içkili olmamış və həkim müayinəsindən də keçirilməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin evli və himayəsində azyaşlı uşağının olmasını, şəxsin içkili vəziyyətdə olmadığını bildirməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin DYPŞ inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında iştirak edərək protokolun məzmununa uyğun izahat verərək hadisə nəticəsində zərərçəkmiş şəxsin başının sol tərəfinin dəydiyini, hadisədən sonra hər iki tərəf arasında mübahisə baş verdiyini və bunun nəticəsində iki tərəfli araşdırılma aparıldığını qeyd etdi. Məhkəmə iclasında müayinə aparmış həkim X7 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində sərxoşluq halının təyin edilməsi məqsədilə müayinə edilməsi üçün gətirilmiş və müayinə nəticəsində şəxsdə yüngül dərəcədə sərxoşluq aşkar olunmuşdur. Bunun nəticəsində həmin tarixdə 2/70782 saylı protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 06:40 radələrində idarə etdiyi “VAZ 21074” markalı, ** EU *** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış vəziyyətdə olan X5 idarə etdiyi “KİA” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. X1 xəsarət almışdır. xx.xx.2024-cü il tarixli, 2/70782 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Protokolundan görünür ki, Şəxs yüngül sərxoşluq dərəcəsi müəyyən edilmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 2/70782 saylı Protokol ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əmrahov X6 Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 manat (yeddi yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 30 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar