Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-72/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin aparıcı mütəxəssisi X1 tərəfindən tərtib edilmiş 29.12.2021-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 27227.88 Avro məbləğində vəsaiti 19.11.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 27227.88 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. 19.01.2022-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Şəxs MMC şirkəti olaraq 12.10.2019-cu il tarixdə Almaniya ölkəsində fəaliyyət göstərən “TİPP OİL MANUFACTURER LTD” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalamışlar. Məqsəd fəaliyyət sferalarına uyğun olaraq avtomobillər üçün mühərrik, transmissiya yağlarını və antifriz konsentrat məhsullarını Azərbaycana idxal etməkdən ibarət olmuşdur. Elektron adres və mobil danışıqlar əsnasında ilkin olaraq məhsulların (Mühərrik və transmissiya yağlarının) sifariş siyahısını “TİPP OİL MANUFACTURER LTD” şirkətinə təqdim etdikdən sonra sifariş təsdiqlənmiş və məhsulların invoysu şirkətlərinə göndərilmişdir. Şəxs MMC tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinə ilk sifariş verilən məhsulların (Mühərrik və transmissiya yağlarının) invoys dəyəri 90079.53 Avro təşkil etmişdir. 16.10.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “Access Bank” (20 Yanvar filialı) vasitəsi ilə məhsulların sifarişinə görə 90079.53 Avro məbləğində nağd pul “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına köçürülmüşdür. Şəxs MMC tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinə ikinci sifariş verilən məhsulların invoys dəyəri 27227.88 Avro təşkil etmişdir. 19.11.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “Access Bank” (Həzi Aslanov filialı) vasitəsi ilə məhsulların sifarişinə görə 27227.88 Avro məbləğində nağd pul “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına köçürülmüşdür. Ümumilikdə Şəxs MMC şirkəti tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına invoyslar əsasında məhsullara görə 117307.41 Avro məbləğində pul ödənilmişdir. Şəxs MMC şirkəti olaraq “TİPP OİL MANUFACTURER LTD” şirkəti ilə uzun sürən danışıqlardan sonra “TİPP OİL MANUFACTURER LTD” şirkəti ikitərəfli bağlanmış əməkdaşlıq müqaviləsinin şərtlərini (6.1 bəndi) qanunsuz olaraq pozaraq, Şəxs MMC şirkətinə bildirmişdir ki, məhsulları müqavilə şərtlərinə baxmayaraq, Şəxs MMC şirkəti nəqliyyat xərcini öz üzərinə götürməli və sifariş verilən məhsulları “TİPP OİL MANUFACTURER LTD” şirkətinin anbarından təhvil almalıdır. Şəxs MMC şirkəti olaraq “TİPP OİL MANUFACTURER LTD” şirkətinin haqsız tələbini qəbul etməyə məcbur olmuşlar və 20.01.2020-ci il tarixdə “OKEAN TRANS LLC” şirkəti vasitəsi ilə “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Almaniyadakı ünvanına məhsulları təhvil almaq üçün iki yük maşını göndərmişlər. Lakin, bu dəfə də “TİPP OİL MANUFACTURER LTD” şirkəti öhdəliyini yerinə yetirməyərək, 22.0.2020-ci il tarixdə dəyəri 31722.08 Avro 33 palet mühərrik və transmissiya yağları olan məhsulları bir yük maşınına, eyniylə 22.01.2020-ci il tarixdə dəyəri 17188.56 Avro 16 palet antifriz konsentrat məhsullarını isə digər yük maşınına, yenə də sifariş olunan tam məhsulları deyil, müəyyən qisimdə məhsulları yükləyərək Azərbaycana yola salmışdır. Beləliklə, “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkəti adına ixrac etdiyi məhsulların 11.02.2020-ci il tarixdə Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilməsindən sonra müəyyən olmuşdur ki, Şəxs MMC tərfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinə ilk sifariş verilən məhsulların (mühərrik və transmissiya yağlarının) invoys dəyəri 90079.53 Avro təşkil edildiyi təqdirdə Şəxs MMC şirkəti tərəfindən qəbul olunan məhsulların (mühərrik və transmissiya yağlarının) dəyəri 31722.08 Avro təşkil etmişdir. Şəxs MMC tərfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinə ikinci sifariş verilən məhsulların (antifriz konsentrat) invoys dəyəri 27227.88 Avro təşkil etdiyi təqdirdə, “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkəti adına ixrac etdiyi məhsulların 11.02.2020-ci il tarixdə Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilməsindən sonra müəyyən olmuşdur ki, Şəxs MMC şirkəti tərəfindən qəbul olunan məhsulların (antifriz konsentrat) dəyəri 17188.56 Avro təşkil etmişdir. Ümumilikdə Şəxs MMC şirkəti tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına invoyslar əsasında məhsullara görə 117307.41 Avro məbləğində pul ödənilmişdir. 11.02.2020-ci il tarixdə Şəxs MMC şirkəti tərəfindən qəbul olunan məhsulların ümumi dəyəri isə 48910.64 Avro təşkil etmişdir. 11.02.2020-ci il tarixdən etibarən “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkətinə invoyslar əsasında ixrac etdiyi məhsulların (mühərrik və transmissiya yağlarının) (antifriz konsentrat) ümumi dəyəri 48910.64 Avro təşkil etmişdir və beləliklə, “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkətinə ixrac etmədiyi məhsullara görə ümumilikdə 68396.77 Avro dəyərində borcu qalmışdır. “TİPP OİL MANUFACTURER LTD” şirkətinin qanunsuz hərəkətlərinin qarşısı alınması istiqamətində Şəxs MMC şirkəti tərəfindən Almaniya hüquq şirkətlərinə, Azərbaycan Almaniya Ticarət (AHK) Palatasına, Almaniya Ticarət Palatasına (İHK), Azərbaycanın Almaniyadakı səlahiyyətli Səfirliyinə (X4 cənablarına) Almaniyanın Azərbaycandakı Səfirliyinə rəsmi müraciətlər olunmuşdur, lakin ciddi bir nəticə əldə olunmamışdır. Azərbaycanın Almaniyadakı Səfirliyi, X4 cənablarının köməkçisi baş vermiş hadisəyə reaksiya vermişdir və cənab Səfirin köməkçisi “TİPP OİL MANUFACTURER LTD” şirkətinin direktoru S.Mayer ilə Şəxs MMC şirkətinin 68396.77 Avro dəyərində məhsullarının Azərbaycana, Şəxs MMC şirkətinə ixrac olunması mövzusunda geniş müzakirələr aparmışdır. Eyniylə, Şəxs MMC şirkəti ilə Almaniyada fəaliyyət göstərən “COM LEGAL” hüquq şirkəti arasında 10.04.2020-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC şirkətinin hüquqlarının qorunması istiqamətində “COM LEGAL” hüquq şirkətinin vəkili, hörmətli vəkil Jele Coşqun, 12.05.2020-ci il tarixdə “TİPP OİL MANUFACTURER” şirkətinə növbəti dəfə rəsmi məktub ünvanlamış və məktubda 15.05.2020-ci il tarixə qədər “TİPP OİL ŞİRKƏTİNİN” Şəxs MMC şirkətinə borclu olduğu 68396.77 Avro pulun geri qaytarılması tələb olunmuşdur. Lakin “TİPP OİL MANUFACTURER” şirkəti bu məktubdakı tələbi də yerinə yetirməmişdir. Nəticədə uzun müzakirələrdən sonra “TİPP OİL MANUFACTURER LTD” şirkəti yazılı şəkildə bəyan etmişdir ki, Şəxs MMC şirkəti öz hesabına yük maşınlarını göndərə bilər və qalan məhsullarını təhvil ala bilər. Şəxs MMC şirkəti olaraq “TİPP OİL MANUFACTURER LTD” şirkətinin bu dəfəki təklifini də qəbul etmişlər və “TİPP OİL MANUFACTURER LTD” şirkətinin ünvanına qeyd etdikləri 19.11.2020-ci il tarixdə bir yük maşını göndərmişlər. 19.11.2020-ci il tarixdə “TİPP OİL MANUFACTURER LTD” şirkətinin anbarında məhsulların yüklənməsi zamanı sürücü tərəfindən onlara məlumat verilmişdir ki, məhsullar tam yüklənməmiş və 68396.77 Avro dəyərində məhsulların əvəzinə, 19305 Avro dəyərində məhsullar yüklənərək yük maşını yola salınmışdır. Beləliklə, “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkəti adına ixrac etdiyi məhsulların 14.12.2020-ci il tarixdə Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilməsindən sonra müəyyən olmuşdur ki, Şəxs MMC şirkəti tərəfindən qəbul olunan məhsulların (Mühərrik və transmissiya yağlarının ) dəyəri 19305 Avro təşkil etmişdir. Beləliklə, “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkətinə ixrac etmədiyi məhsullara görə ümumilikdə 49091.77 Avro dəyərində borcu qalmışdır. “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkətinə borclu olduğu invoys dəyərinə əsasən antifriz konsentrat məhsullarına görə “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkəti adına ixrac etdiyi məhsulların 11.02.2020-ci il tarixdə Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilməsindən sonra müəyyən olunmasına rəğmən Şəxs MMC şirkəti tərəfindən qəbul olunan məhsulların (antifriz konsentrat) dəyəri 17188.56 Avro təşkil etmişdir. Yekun nəticədə “TİPP OİL MANUFACTURER LTD” şirkətinin Şəxs MMC şirkətinə ixrac etmədiyi məhsullara görə ümumi borclu olduğu 49091.77 Avro məbləğin, 10039.32 Avro məbləği (antifriz konsentrat) məhsullarına aiddir. Şəxs MMC şirkəti Almaniyada fəaliyyət göstərən “SİNA MAASSEN” hüquq şirkəti ilə 26.01.2021-ci il tarixdə vəkil Dr.Vellens ilə müqavilə imzalamış, Şəxs MMC şirkətinin hüquqlarının qorunması istiqamətində Almaniya məhkəməsində “SİNA MAASSEN” hüquq şirkətinin Şəxs MMC şirkəti adından çıxış etməsinə, iştirakına, iddia qaldırılmasına dair etibarnamə təqdim olunmuşdur. 26.01.2021-ci il tarixdə “SİNA MAASSEN” hüquq şirkətinin vəkili Dr.Vellens, Şəxs MMC şirkətinin vəkili kimi çıxış edərək, Almaniyanın Dortmund Ərazi Məhkəməsinə “TİPP OİL MANUFACTURER LTD” şirkətinə qarşı iddia ərizəsini təqdim etmişdir. 30.09.2021-ci il tarixdə köməkçi vəkil kimi, Almaniyada vəkil kimi fəaliyyət göstərən Elvin Cəbrayla da məhkəmə prosesində Şəxs MMC şirkətinin hüquqlarının qorunması istiqamətində iştirak etmək üçün etibarnamə verilmiş və həmin etibarnamə əsasında, Almaniyanın Dortmund Ərazi Məhkəməsi, vəkil Elvin Cəbraylın da məhkəmə prosesində iştirakına rəsmi icazə vermişdir. “SİNA MAASSEN” hüquq şirkətinin vəkili Dr.Vellens, Almaniyanın Dortmund Ərazi Məhkəməsinə proses zamanı Şəxs MMC şirkətinin hüquqlarının qorunması istiqamətində bir neçə iddia ərizəsi ilə çıxış etmişdir. Almaniyanın Dortmund Ərazi Məhkəməsinin təqdim etdiyi Şəxs MMC şirkəti “TİPP OİL MANUFACTURER LTD” şirkətinə qarşı hüquqi mübahisəsi üzrə 02.12.2021-ci il tarixli sərəncama əsasən açıq məhkəmə prosesi, 03.03.2022-ci il tarixə saat 10:00-a təyin olunmuşdur. Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. 12.10.2019-cu il tarixli, CN450961 nömrəli müqavilə üzrə 19.11.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına 27227.88 Avro köçürülmüş və həmin müqavilə üzrə 10.02.2020-ci il tarixdə “İPT İNTERNATİONAL PETROLEUM TRADİNG” LTD tərəfindən Şəxs MMC-yə 17188,56 Avro dəyərində mal göndərilmişdir. “TİPP OİL MANUFACTURER LTD” şirkəti ilə “İPT İNTERNATİONAL PETROLEUM TRADİNG” LTD şirkəti eyni şirkətdir. Malın göndərilməsi barədə sənədlərdən də görünür ki, şirkətlərin VÖEN-ni, müqavilənin tarixi, nömrəsi, invoysun nömrəsi eynidir. 10039.32 Avro dəyərində malın ölkəyə daxil olunmamasında onların heç bir günahı yoxdur. Bununla bağlı Almaniyada “TİPP OİL MANUFACTURER LTD” şirkətinə qarşı məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 digər Nümayəndə2 dediklərini təsdiq edərək məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmş: - köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC ilə “TİPP OİL MANUFACTURER LTD” şirkəti arasında bağlanmış 12.10.2019-cu il tarixli, CN450961 nömrəli müqavilə üzrə 19.11.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına 27227.88 Avro köçürülmüşdür. - 10.02.2020-ci il tarixli, **********2170 nömrəli gömrük bəyannaməsindən görünür ki, 12.10.2019-cu il tarixli, CN450961 nömrəli müqavilə üzrə 19.11.2019-cu il tarixdə ödənilmiş 27227.88 Avro məbləğində vəsaitin müqabilində “İPT İNTERNATİONAL PETROLEUM TRADİNG” LTD tərəfindən Şəxs MMC-yə 17188,56 Avro dəyərində mal göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 12.10.2019-cu il tarixli, CN450961 nömrəli müqavilə üzrə 19.11.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “TİPP OİL MANUFACTURER LTD” şirkətinin hesabına 27227.88 Avro köçürülmüşdür. Həmin müqavilə üzrə 10.02.2020-ci il tarixdə “İPT İNTERNATİONAL PETROLEUM TRADİNG” LTD tərəfindən Şəxs MMC-yə 17188,56 Avro dəyərində mal göndərilmişdir. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də yerdə qalan 10039,32 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 10039,32 Avronun 20 faizi, yəni 2007,86 Avro məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-72/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-72/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver