Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-724/2022 07.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 49, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 31 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs borclu olduğu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(007)-2799/2018 nömrəli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(007)-3099/2019 nömrəli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(007)- 1342/2018 nömrəli, Azərbaycan Respublikası DİN-nin 14 iyun 2020-ci il tarixli TP ******* nömrəli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(007)- 320/2021 nömrəli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməmiş, çağırışlara gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. 31 mart 2022-ci il tarixdə saat 16:20-də keçirilən məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü pis hiss etdiyinə görə və borcundan ödənişlər etmək istədiyini bildirdiyindən məhkəmə iclası təxirə salınmış, lakin qanunla müəyyən edilmiş tədbirlər görülməsinə baxmayaraq, Şəxs təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, bununla əlaqədar işə baxılması mümkün olmamış, məhkəmənin 11 aprel 2022-ci il tarixli qərardadına əsasən onun gətirilməsi qərara alınmışdır. 07 may 2022ci il tarixdə Şəxs 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən məhkəməyə gətirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(007)-2799/2018 nömrəli icra sənədinə əsasən 411 manat borc Şəxs "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(007)- 3099/2019 nömrəli icra sənədinə əsasən 1067 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Şəxs "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(007)-1342/2018 nömrəli icra sənədinə əsasən 2122 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Şəxs "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası DİN-nin 14 iyun 2020-ci il tarixli TP ******* nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(007)- 320/2021 nömrəli icra sənədinə əsasən 81,82 manat ekspertiza xərci Şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1 və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məcburi gətirildiyini, işə baxılması üçün qısa müddət nəzərdə tutulduğunu nəzərə alaraq, həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borclarına görə 411 manat pensiyadan çıxılmışdır, hazırda bazarda fəhləlik edir, bundan sonra ödənişləri bərpa edəcəkdir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, onun tutulmasının əvvəli işin baxılmağa təyin edildiyi 07 may 2022-ci il saat 18:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 07 may 2022-ci il saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-724/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-724/2022
07.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver