Məhkəmə qərarları › İş №3(007)-725/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-725/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-725/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 05 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyinin 05 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(007)-725/2022 nömrəli qərarı ilə şikayət təmin olunmuş, mübahisələndirilən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli 3(103)-1340/2022 nömrəli qərarı ilə Bakı Nəqliyyat Agentliyinin verdiyi şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin şikayətin baxılması üçün icraata qəbul edilməsinə dair 01 aprel 2022-ci il tarixli qərardadı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 15 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayətlə müraciət edib qərarın ləğv edilməsini xahiş etmiş, şikayət ərizəsinə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət isə əlavə edilməmişdir. Məhkəmə baxış iclasında təqdim edilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar barədə SMS məlumat xx.xx.2021-ci il tarixdə şikayətçi X2 çatmışdır. Birinci instansiya məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 3(007)-725/2022 saylı qərarından görünür ki, hakim “iş materiallarına əlavə etdiyi inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, həmin qərarda qeyd edilən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, X1 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Qeyd olunanlardan başqa məhkəmə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin izahatında göstərdiyi inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməsinə dair xüsusatla bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X2 rəsmi qaydada verilməsi, C.Z.Bəylərovun həmin inzibati tənbeh vermə haqqında qərarı qanunla müəyyən edilmiş müddətdə alması sübuta yetirilmədi” əsas götürərək X3 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Lakin hazırkı inzibati işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsində göstərilən və imperativ qaydada həll edilməli məsələlərə qiymət vermədən, yəni X3 tərəfindən 05.10 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı hansı tarixdə almasını məhkəmə iclasında araşdırılmadan baxmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş BNA Web portalından çıxarışdan görünür ki, X2 SMS bildiriş 05 oktyabr 2021-ci il tarixdə göndərilmişdir. X3 isə qərardan şikayət vermə müddətini ötürməklə məhkəməyə 31 mart 2022-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. X3 isə səlahiyyətli orqanın qərarından şikayət verərəkən, ümumiyyətlə səlahiyyətli orqanın qərarından şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Birinci instansiya məhkəməsinin hakimi də ümumiyyətlə bu hallara münasibət bildirmədən işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Göstərilən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir ki, bu isə öz növbəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şikayəti iş materilları ilə birlikdə nəzərdən keçirib, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmiş halları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X3 qərardan şikayət vermə müddətini ötürdüyü, bu zaman buraxılmış müddətin bərpası barədə vəsatət vermədiyi üçün onun baxılan iş üzrə şikayəti geri qaytarılmalı, təkrarən şikayət verdiyi halda mübahisələndirdiyi qərarın rəsmi qaydada ona verildiyi (müvafiq qaydada məlumatlandırıldığı) vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə, şikayət və zəruri sənədlərlə birlikdə, prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 05 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Mübahisələndirdiyi qərarın rəsmi qaydada ona verildiyi (müvafiq qaydada məlumatlandırıldığı) vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə, şikayət və zəruri sənədlərlə birlikdə, prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar