Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-741/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin 03 may 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Bakı Nəqliyyat Agentliyinin 03 may 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(007)-741/2022 nömrəli qərarı ilə şikayət təmin olunmuş, mübahisələndirilən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli 3(103)-1327/2022 nömrəli qərarı ilə Bakı Nəqliyyat Agentliyinin verdiyi şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin şikayətin baxılması üçün icraata qəbul edilməsinə dair 01 aprel 2022-ci il tarixli qərardadı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 15 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Lakin hazırkı inzibati işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsində göstərilən və imperativ qaydada həll edilməli məsələlərə qiymət vermədən, yəni X3 tərəfindən səlahiyyətli orqanın qərarından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vermiş olduğu vəsatət verilmədiyi halda və ümumiyyətlə bu məsələyə münasibət bildirmədən işə mahiyyəti üzrə baxılması mərhələsinə keçmişdir ki, bu da öz növbəsində inzibati xətalar haqqında iş üzrə icraatın aparılması qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İXMnin 132.1.3-cü maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə həmin şikayətin verilməsi üçün qanunla nəzərə tutulmuş prosessual müddətin bərpasına dair verilmiş vəsatətə hazırlıq mərhələsində baxıb qiymət verərək, yalnız buraxılmış prosessual müddəti bərpa etdiyi təqdirdə həmin şikayəti məhkəmə baxışına təyin etməlidir. Göründüyü kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəliinzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verilməmişdir. Göstərilən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir ki, bu isə öz növbəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmiş halları nəzərə alaraq, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X3 qərardan şikayət vermə müddətini ötürdüyü, bu zaman buraxılmış müddətin bərpası barədə vəsatət vermədiyi üçün onun şikayəti geri qaytarılmalı, təkrarən şikayət verdiyi halda mübahisələndirdiyi qərarın rəsmi qaydada ona verildiyi (müvafiq qaydada məlumatlandırıldığı) vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə, şikayət və zəruri sənədlərlə birlikdə, prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı Nəqliyyat Agentliyinin 03 may 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Mübahisələndirdiyi qərarın rəsmi qaydada ona verildiyi (müvafiq qaydada məlumatlandırıldığı) vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə, şikayət və zəruri sənədlərlə birlikdə, prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-741/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-741/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver