Məhkəmə qərarları › İş №3(007)-748/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-748/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-748/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxxxxx 1981-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında qohumu Vurğun adlı şəxs tərəfindən yaşadığı mənzildə döyülməsini bildirmişdir. Faktla əlaqədar araşdırma aparılmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyevin xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Buna görə də Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxxxx 2021-ci il tarixdə, MN seriyalı, ******* saylı protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi X3 göstərdi ki, X4 Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı ünvan 1 ünvanındaqohumu Vurğun adlı şəxs tərəfindən yaşadığı mənzildə döyülməsini bildirmiş, bununla bağlı müvafiq araşdırma aparılmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyevin xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Cinayət işinin başlanması rədd edildikdən sonra, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib etmiş və sonuncu barəsində inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə o, yaşadığı ünvan 1 ünvanında qohumu Vurğun adlı şəxs tərəfindən döyülmüş, bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, hazırda o, Şəxs ilə barışıq əldə etmiş və sonuncudan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs, hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar