Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-75/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:05-də Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində “FORD FUSİON” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sayrışan işıq siqnalı quraşdırmışdır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin Yol patrul xidməti baş inspektoru, polis mayoru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, inzibati xəta haqqında protokoldan və verilən izahatdan məlumdur ki, barəsində protokol tərtib edilmiş Şəxs özünə məxsus “Ford Fusion” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə həmin xəta ilə bağlı sosial şəbəkələrdə paylaşım etmişdir. Qeyd olunan inzibati xəta hadisəsi Qasımov Talıb tərəfindən sənədləşdirilmiş, izahatı alınmış və protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xətanın mövcudluğu işdə olan sənədlərlə də təsdiq edilir. Videogörüntüdən də avtomobilə sayrışan işıqların quraşdırılması aydın şəkildə görünür. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yeni il ab-havası yaratmaq üçün “Ford Fusion” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sayrışan işıqlar quraşdırmışdır. Amma bu zaman onun avtomobili qarajda tam hərəkətsiz vəziyyətdə olmuş, avtomobili idarə etməmişdir. Polis əməkdaşı onun avtomobilini saxlayan zaman avtomobilin üzərində heç bir sayrışan işıq olmamışdır. Onun avtomobili xx.xx.2024-cü il tarixdə polis əməkdaşı tərəfindən saxlanılmış, heç bir sübut təqdim olmadan, videogörüntü təqdim etmədən avtomobil duracağa yerləşdirilmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir, Polis İdarəsinə getmiş, otağa dəvət edilmiş, orada protokol tərtib edilmişdir. Otaqda olan zaman tələsdiyi üçün səhvən avtomobilə baxış zamanı üzərindən sayrışan işıqların quraşdırılmasının aşkar olunmasına dair protokolu imzalamışdır. Onun avtomobilində registrator var, avtomobildən sayrışan işıq aşkar edilməmişdir. Protokolla razı deyildir. O, öz şəxsi profilində paylaşım etməmişdir, videonu başqa bir şəxs öz sosial şəbəkəsində paylaşmışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - videogörüntüdən görünür ki, Şəxs “FORD FUSİON” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sayrışan işıq siqnalı quraşdırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə qanunvericiliyin istinad olunan tələblərinə əsasən hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməklə yanaşı, inzibati xətanın bilavasitə obyekti olmuş sayrışan işıq siqnalı dövlət nəfinə müsadirə edilməlidir. Qeyd olunan predmet inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən müsadirəyə təqdim olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş sayrışan işıq siqnalı dövlət nəfinə müsadirə edilməklə, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin Qeyd olunan sayrışan işıq siqnalı inzibati xəta haqqında protoklu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən müsadirə olunmağa təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-75/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-75/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver