Məhkəmə qərarları › İş №3(007)-750/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-750/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-750/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nizami RPİ DYPŞ-nin polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:05 radələrində idarə etdiyi “Volkswagen Jetta minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Məhsəti küçəsi ilə Əzimzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə X4 idarə etdiyi “Kia minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi toqquşmuşdur. X1 idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13:05 radələrində idarə etdiyi “Volkswagen Jetta minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi Nizami rayonu, Məhsəti küçəsi ilə Əzimzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən X4 idarə etdiyi “Kia minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuşdur. X10 iştirakçısıdır, İ qrup əlildir. Avtomobili hər zaman qohumları idarə etmiş, onun sürücülük vəsiqəsi olmadığı üçün özü idarə etməmişdir. Lakin hadisə olan günü məcburiyyət qarşısında qalaraq avtomobili idarə etmişdir. Hazırda əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhər Nizami RPİ DYPŞ-nin polis kapitanı X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13:05 radələrində idarə etdiyi “Volkswagen Jetta minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Məhsəti küçəsi ilə Əzimzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə X4 idarə etdiyi “Kia minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi toqquşmuşdur. X2 idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Zərərçəkmişə dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmışdır, bu səbəbdən onun heç bir şikayət və tələbi yoxdur. Lakin müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - qırx manat məbləğində cərimə edilir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 manat (beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar