Məhkəmə qərarları › İş №3(007)-751/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-751/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-751/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi ilə, Qərardan şikayət vermiş X4 iştirakı ilə, X4 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 13 yanvar 2024 cü il təxminən, saat 19:20 radələrində ünvan 1 ünvanında yaşadığı məhəlləyə daxil olarkən məhəllədən çıxan **-UR-*** “Toyota Prius” markalı nəqliyyat vasitəsi sağ zolaqla hərəkət edərək onun idarə etdiyi **-LC-*** “Kia Sportage” markalı nəqliyyat vasitəsilə toqquşmuşdur. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bununla bağlı 102-yə və sığortaya məlumat vermişlər. Nizami rayon DYPŞ-nin baş inspektoru Malik Manafov onları Nizami rayon DYP-nə dəvət edib izahatlarını alıb, tibbi müayinəyə göndərmişdir. Həmin günü müayinə aktını, səhəri gün isə nəqliyyat vasitəsində olan video görüntünü təqdim eləmişdir. Nizami rayon DYPŞ-nin baş inspektor Malik Manafov yanvarın 15-i onu İXM maddəsinin 327.1. əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə maddəsi ilə təqsirli bilərək ona İXP ******* qərarsız elektron qaydada inzibati protokol yazmışdır. O, bununla razılaşmamış, çünki nəqliyyat vasitəsində olan videogörüntüyə baxanda aydın görünür ki, “Toyota Prius” markalı nəqliyyat vasitəsi onun hərəkət zolağı ilə hərəkət etdiyi üçün qəza baş vermişdir. Buna görə də qəzaya səbəbkar odur. İXM-nin 42 maddəsinin İV bəndində aydın qeyd olunub ki, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. İXM-nin 77 maddəsinin İ bəndinə əsasən isə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini rəhbər tutaraq, xx.xx.2024 tarixdə Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinə İXP ******* saylı protokoldan şikayət ərizəsi göndərmişdir. 25 yanvar 2024-cü ildə rəis müavini, polis polkovnik-leytinantı cənab Rərvin Səfərəliyev işi yenidən araşdırmaq üçün Nizami RPİ-nin rəisi, polis polkovniki cənab Ziya Əliyevə məktub göndərmişdir. Lakin iş onun iştirakı olmadan araşdırılmış, xx.xx.2024-xü il tarixdə İXP ******* saylı protokola əsasən TP ******* saylı qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, sözügedən qərar əsassız olaraq qəbul olunmuşdur. Qeyd olunanlara əsasən ona yazılan İXP ******* saylı protokolun ləğv edilməsi və Nizami rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərara xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, hərəkət üstünlüyü sağda olan hərəkət iştirakçısında olduğundan baş vermiş nəqliyyat hadisəsi zamanı X5 təqsirli bilinmiş onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunana əsaslanaraq şikayətin təmin olunmamasını məhkəmədən Xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə, saat 19:20-də **-LC-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” minik markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində əks hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan şikayətçi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 idarə etdiyi “Kia Sportage” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 13 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermişdir. Belə ki, qeyd olunan yolda keçmə qaydaları müəyyən olunmadığından üstünlük sağda hərəkət edən nəqliyyat vasitəsində olmalıdır. Bu səbəbdən X5 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi iş materiallarında olan videogörüntü, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar