Məhkəmə qərarları › İş №3(007)-752/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-752/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-752/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim - Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi – Muradov Orxan Rüstəm oğlunun katibliyi, Qərardan şikayət verən şəxs – X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayət verən) X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ/17848921 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayət verən) X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ/17848921 saylı qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, idarə etdiyi **-TL-*** nömrəli avtomobili qanuni əsaslarla idarə etsə də, yanlışlıqla Baş Dövlət Yol Polis İdarəsi nəzarət kamerası vasitəsilə avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edildiyinə görə inzibati xəta qeydə alınmış, öncə 100 AZN, sonra təkrar 300 AZN və yenə 300 AZN, bütövlükdə 700 AZN məbləğində cərimə edilmişdir. Həmçinin cərimə qüvvədə olduğu müddətdə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi mümkün olmamışdır. Çünki cərimə tam ödənilməli idi. Mütəmadi olaraq yenidən təkrarlanan hər biri 50 AZN olmaqla texniki baxışdan keçmədiyinə görə cərimələr yazılmışdır. DİN məlumat bazasında 3-13-16/1-Q-11589xx/xx/2023 nömrəsi ilə qeydə alınmış müvaiq ərizəsi ilə müəyyən müddətdən sonra 700 AZN cərimə silinsə də, texniki baxışdan keçmədiyinə görə cərimələri ləğv edilməmişdir. Beləliklə, tamamilə yalnışlıqla hal-hazırda cərimələrə məruz qalmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli, EQ/17848921 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; İş materiallarına əsasən müəyyən edilmişdir ki, X3 İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Lakin qərar qəbul olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Belə ki, nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə mane olan hal onun əsassız olaraq 700 manat məbləğində cərimə olunması olmuşdur. Belə ki, cərimə qüvvədə olduğundan texniki baxışdan keçirilməsi mümkün olmamışdır. Sonrada yalnışlıqla tərtib olunmuş 700 manat cərimə vətəndaş X2 müraciəti əsasında silinsə də, İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunması məsələsi öz həllini tapmamışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli, EQ/17848921 saylı qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17848921 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar