Məhkəmə qərarları › İş №3(007)-752/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-752/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-752/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsində yerləşən 11 saylı duracağın qarşısında ictimai qaydanı pozaraq səsküy salmış, buna görə polis əməkdaşları ona yaxınlaşmış, onu bu əməlindən yayındırmaq istəmişlər, lakin o, öz hərəkətlərini davam etmiş, polis əməkdaşları ilə mübahisə etmiş, onların ünvanına nalayiq ifadələr işlətmiş, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəməyə verdiyi izahatında protokolun məzmununa uyğun ifadə verərək bildirdi ki, Şəxs və qardaşı X3 xx.xx.2025-ci il tarixdə 11 saylı duracağın qarşısında səs-küy salaraq, ümumi şəkildə bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onlardan bu hərəkətlərə son qoymağı tələb edən DYPŞ-nin əməkdaşları ilə mübahisə etmiş, əl-qol ataraq tabesizlik nümayiş etdirmişdir. Daha sonra vətəndaşlar PPXB-nin əməkdaşları vasitəsi ilə Nizami RPİ 23-cü Polis Bölməsinə təmin edilmiş və barəsində protokol tərtib olunmaqla baxılması üçün Nizami rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol- Patrul Xidməti alayı yol-patrul xidməti baş inspektoru, polis leytenantı X5 çıxış edərək bildirdi ki, Şəxs və X3 onlara məxsus nəqliyyat vasitələrini taksi fəaliyyəti ilə məşğul olmaq üçün digər şəxsə etibarnamə olmadan vermiş, bu səbəbdən də həmin şəxs barəsində protokol tərtib edilmiş və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Bu səbəbdən duracağa yaxınlaşan vətəndaş Şəxs bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Bu səbəbdən vətəndaşa yaxınlaşaraq hərəkətlərinə son qoymağı tələb etmiş, lakin vətəndaş öz hərəkətlərinə davam edərək mübahisə etməyə başlamış, əl-qol ataraq onun qanuni tələblərinə tabe olmamışdır. Qeyd etdiklərini təsdiq edən videogörüntü məhkəməyə təqdim olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, nəqliyyat vasitəsinə qaz balonu yerləşdirilməsi üçün müvafiq icazənin verilməsinə görə dəfələrlə Bakı şəhər BPİ DYPİ-nə müraciət edilmiş, lakin müraciətləri hələ ki təmin edilməmişdir. Buna görə də onlara dəfələrlə cərimə tətbiq edilmiş və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə cəriməni ödədikdən sonra avtomobili duracaqdan çıxarmaq üçün dayanacağa getmiş, orada olan zaman polis əməkdaşları ona yaxınlaşmış və aralarında mübahisə baş vermişdir. Lakin polisin qanuni tələbinə tabe olmama kimi hərəkətlərə yol verməmiş, onlar barəsində nalayiq ifadələr işlətməmişdir. Videomaterialda olan səs yazısının ona məxsus olmadığını bildirərək qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Qeyd olunanlarla bağlı X5 bildirdi ki, nəqliyyat vasitəsində qaz balonu mövcud olmamış, duracağa yerləşdirmə səbəbi nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəməyə verdiyi izahatında anlaşılmazlıq baş verdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayının 4-cü tağımının YPX inspektorları tərəfindən 23-cü Polis Bölməsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportlarla, xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolla, məhkəmə iclasında verilmiş ifadələrlə Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz təsdiqini tapmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş videomateriala baxış keçirilən zaman Şəxs polis əməkdaşının tələblərinə tabe olmaması, polis əməkdaşına qarşı nalayiq ifadələr işlətməsi aşkar edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, şəraiti, şəxsin törətdiyi əməli etiraf etməməsini və peşman olmamasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar