Məhkəmə qərarları › İş №3(007)-760/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-760/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-760/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-1128/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 4000 (dörd min) manat məbləğində pul vəsaiti X5 xeyrinə tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2019-cu il tarixli, 2(064)-1128/2019 saylı saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2019-cu il tarixli, 2(064)-1128/2019 saylı icra vərəqəsinin icrası ilə bağlı tələbkara 3000 manat borcu qalmışdır. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-1128/2019 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, xx.xx.2019-cu il tarixli qərarla icra sənədinin icrasına başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu tərəfindən borcun bir hissəsi ödənilsə də, hazırda 3000 manat borcu qalmışdır. Borclu tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş olunmuşdur. Borclunun tutma yönəldilə biləcək hər hansı gəliri, daşınar və daşınmaz əmlakı yoxdur. Həmçinin borclu borcunu tam şəkildə ödədiyini, lakin qəbzləri itirdiyini bildirir. Tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Lakin dəfələrlə icra sənədinin tam icrası tələb olunmuş, lakin müsbət nəticəsi olmamışdır. Bu səbəbdən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı hissə-hissə ödənişlər etmişdir. Sonuncu dəfə yanvar ayının 29-da ödəniş etmişdir. Həmçinin borcunu tam şəkildə ödəmişdir, lakin əvvəlki ödəniş qəbzlərini itirdiyi üçün təqdim edə bilmir. İcra sənədinin icrasından, borcun ödənilməsindən yayınmır. Barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 bildirdi ki, borclu borcun ödənməsindən qərəzli olaraq yayınmır, hissə-hissə ödənişlər edir, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Həmçinin borclu borcunu tam şəkildə ödədiyini, lakin qəbzləri itirdiyini bildirməsinə baxmayaraq bu hal icra məmuru tərəfindən yetərincə araşdırılmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, yəni hazırki protokol tərtib edilməmişdən bir neçə gün öncə tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara mütəmadi şəkildə müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar