Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-770/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, qərarından şikayət verilən orqanın nümayəndəsi Nizami RPİ DYPŞ inspektoru X3 iştirakı ilə, X4 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, hadisə baş verən zaman təqsir tamamilə digər nəqliyyat vasitəsində olmuş, Kia Rio markalı Nəqliyyat Vasitəsi tərəfindən yol hərəkət qaydaları kobud surədə pozulmuşdur. Sözügedən avtomobil ilk öncə dönmə işıqlarını yandırmadan dönmə əməliyyatını həyata keçirmiş, ardınca aramızda toqquşma baş vermişdir. Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulmasından sonra toqquşmanın baş tutması həmin ərazidə olan videokameralar tərəfindən də qeydə alınmışdır. Dönmə nişanlarını yandırmadan dönmə əməliyyatını həyata keçirdityi üçün həmin avtomobil cərimələnməmiş. əvəzində barəsində əassasız şəkildə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İnzibati Xəta haqqında İnzibati Protokol tərtib olunmuşdur. Hesab edir ki, əməlində İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin əlamətləri mövcud olmamış, Nizami DYPŞ hadisəni dərindən araşdırmadan, yalnız qarşı tərəfin sözləri əsasında qərar qəbul etmişdir Qeyd olunan maddədə “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə” məsuliyyət müəyyən olunur. Lakin həmin maddənin baş verən qəzaya heç bir aidyyatı yoxdur. Çünki həmin ərazidə nə Svetofor nə də qadağanedici işarələr mövcuddur. Qeyd olunanlara əsaslanaraq xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, həmçinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Qeyd olunan səbəbdən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nizami RPİ DYPŞ inspektoru X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, hərəkət üstünlüyü sağda olan hərəkət iştirakçısında olduğundan baş vermiş nəqliyyat hadisəsi zamanı X6 təqsirli bilinmiş onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunana əsaslanaraq şikayətin təmin olunmamasını məhkəmədən Xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* qərarına əsasən X6 xx.xx.2024-cü il tarixdə, saat 17:10-da 99NC540 dövlət qeydiyyat nişanlı “X14 115” yük markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev proskekti ara məhəllədə yol ayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. İş materiallarında olan Nizami RPİ DYPŞ inspektoru X8 tərəfindən təqdim edilmiş fotoşəkillərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 idarə etdiyi 99NC540 dövlət qeydiyyat nişanlı “X14 115” yük markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev proskekti ara məhəllədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermişdir. Belə ki, qeyd olunan yolda keçmə qaydaları müəyyən olunmadığından üstünlük sağda hərəkət edən nəqliyyat vasitəsində olmalıdır. Bu səbəbdən X6 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi iş materiallarında olan fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-770/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-770/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver