Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-775/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Şəki rayonunun Vərəzət kəndində anadan olmuş, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 89 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2020-ci il tarixdə saat təxminən 19:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Şəxs idarə etdiyi “Ford” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Neftçilər” metrostansiyası istiqamətində hərəkətdə olarkən piyada keçidində yolu keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı R.K.Yaqubov tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində idarə etdiyi “Ford” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindən “Neftçilər” metrostansiyası istiqamətində hərəkətdə olarkən piyada keçidində avtomobilin sürətini azaltmış, bir nəfər piyada keçdikdən sonra yola davam etmək üçün qaza basmışdır. Bu zaman sağ tərəfdən avtomobilə nəyinsə dəydiyini hiss etmişdir. Avtomobildən düşüb piyadaya yaxınlaşmış, həmin piyada heç bir problem olmadığını, onun getməyini bildirmişdir. O, həmin piyada içkili olduğundan və piyadanın özünü avtomobilə çırpdığını hiss etdiyi üçün getməyəcəyini bildirmişdir. Həmin şəxs işverən olmadığını, polisin gəlib onun pulunu alacağını bildirmişdir. O, isə polis gəlsə də getməyəcəyini demişdir. Sonra həmin şəxs avtomobilə əyləşmiş, o, Neftçilər istiqamətində sürmüşdür. Həmin şəxsi xəstəxanaya aparmağı təklif etmiş, lakin, o, heç nə olmadığını deyərək xəstəxanaya getməkdən imtina etmişdir. Sonra həmin şəxsi evinə aparmağı təklif etmiş, lakin o, razı olmamışdır. O, həmin şəxsə, sonradan adını bildiyi Zərərçəkmiş şəxs nömrəsini və taksi pulu üçün 10 manat pul vermişdir. Həmin gün axşam bir nəfər ona zəng edərək Asifin bacısı oğlu olduğunu, dayısını vuraraq ayağını zədələdiyini deyərək pul istəmişdir. O, pul verməkdən imtina etmiş, səhər həkimə aparacağını demişdir. X1 aparmışdır. Orada Asifin ayağını rentgen etmişlər, həkim heç nə olmadığını bildirmiş, Asif isə ayağının ağrıdığını demişdir. Həkim ağrının keçməsi üçün ayağı gipsə qoymağı məsləhət görmüş, lakin Asif razı olmamışdır. Sonra o, 80 manata ayağa keçirilən korset və həkimin yazdığı dərmanları almışdır. Həkimdən çıxandan sonra Asif axşam rayona gedəcəyini bildirmiş, o, Asifi 20 Yanvara aparıb məhlələrin birində düşürtmüş, axşam onu yola salacağını bildirmişdir. Axşam Asifə zəng etmiş, lakin zəng çatmamışdır. Sonra Asif ona başqa nömrədən zəng edərək rayona getməyə pulu olmadığını bildirmişdir. Axşam saat 10-da Asiflə görüşmüş, rayona yola salmaq üçün avtovağzala getmişlər. Asifə 30 manat yol pulu və əlavə olaraq 50 manat pul vermişdir. 2 gün sonra Asif ona zəng edərək Qazaxda olduğunu, ayağının ağrıdığını bildirərək ondan 100 manat pul istəmişdir. Bu zaman o, Asifə qardaşının rayonda olduğunu gəlib onu X2 aparacağını, nə lazımdırsa qarşılayacağını bildirmişdir. Təxminən 5-6 saat sonra Asif ona zəng edərək Qara Qarayevdə olduğunu, siqaret almağa və evə getməyə pulunun olmadığını demiş, o, isə daha ona pul verməyəcəyini bildirmişdir. Asif polisə şikayət edəcəyini bildirmiş, o da ən doğrusunun bu olduğunu demişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir günahı olmamışdır. Məhkəmədən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2020-ci il tarixli, 166 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi, sol ayaqüstü nahiyənin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/184 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - AE seriyalı, 055330 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2030-cu il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V seriyalı, 156963 nömrəli etibarnamənin surətindən görünür ki, “Ford Mondeo” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 nümayəndəsi X5 tərəfindən həmin avtomobili idarə etmək üçün Şəxs etibarnamə verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarın qəbul edildiyi gündən üç aydan çox vaxt keçdiyinə görə Şəxs xx xxxxxx 2020-ci il tarixdə inzibati tənbeh verilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1987-ci ildə Şəki rayonunun Vərəzət kəndində anadan olmuş, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 89 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata müddətin keçməsi ilə bağlı xitam verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-775/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-775/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver