Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-78/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 08 avqust 1988-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 130, mənzil 66-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 30 dekabr 2023-cü il tarixdə saat 13:20də Şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzinin bayır hissəsində yerləşən mağazada istehsalı və satışı qadağan olunmuş 04 ədəd TP 1007, 03 ədəd Boss, 11 ədəd MK 27, 09 ədəd MK 1002, 10 ədəd P 750, 11 ədəd M 60, hər birinin içərisində 60 ədəd olan 14 qutu “Roman Candle” və 15 qutu “Magical Candle” adlı pirotexniki vasitələrin satışı ilə məşğul olması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, pirotexniki vasitələr hal şahidinin iştirakı ilə protokol tərtib olunmaqla götürülmüşdür, hazırda 24-cü polis şöbəsində saxlanılır. Qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, uzun müddətdir ki, Nizami rayonunda yerləşən “Lotos” ticarət mərkəzində və onun ətrafında alverlə məşğuldur. Təxminən 2016-2017-ci illərdə Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” bazarında tanımadığı şəxsdən pirotexniki vasitələr almış, lakin indiyədək onları satmamışdır. Pula ehtiyacı olduğuna görə onları satmaq qərarına gəlmiş, 30 dekabr 2023-cü il tarixdə saat 13:20-də Şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzinin bayır hissəsində yerləşən mağazada həmin pirotexniki vasitələri satmaq istəyərkən polislər tərəfindən götürülmüşdür. Əməlindən səmimi peşmandır, maddi vəziyyətinin nəzərə alınmasını və barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Materiala əlavə edilən 30 dekabr 2023-cü il tarixli raportdan, protokoldan və fotoşəkildən görünür ki, həmin tarixdə saat 13:20-də Şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzinin bayır hissəsində işlətdiyi mağazada satışa qoyduğu 04 ədəd TP 1007, 03 ədəd Boss, 11 ədəd MK 27, 09 ədəd MK 1002, 10 ədəd P 750, 11 ədəd M 60, hər birinin içərisində 60 ədəd olan 14 qutu “Roman Candle” və 15 qutu “Magical Candle” adlı pirotexniki vasitələr ondan götürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməklə yanaşı, inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr müsadirə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsində saxlanılan, 04 ədəd TP 1007, 03 ədəd Boss, 11 ədəd MK 27, 09 ədəd MK 1002, 10 ədəd P 750, 11 ədəd M 60, hər birinin içərisində 60 ədəd olan 14 qutu “Roman Candle” və 15 qutu “Magical Candle” adlı pirotexniki vasitələr dövlət nəfinə müsadirə edilməklə, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-78/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-78/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver