Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-794/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Ağsu rayonunun Musabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 05 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsindəki yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122.5 kv.m olan 3 otaqdan ibarət A.6.4 saylı və həmin yaşayış komplesinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 122.5 kv.m olan 3 otaqdan ibarət A.7.4 saylı mənzillərin satılmasının, bağışlanmasının və ya hər hansı bir formada özgəninkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsinin "xxxx" MMC-yə qadağan edilməsinə, qərardadın dərhal icra olunmasına və onun icrasının Bakı şəhəri Nizami rayon icra şöbəsinə və "xxxx" MMC-yə həvalə edilməsinə dair (Zərərçəkmiş şəxs2 ərizəsi ilə bağlı) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli e-16(007)- 59/2022 nömrəli; Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-3846/2022 saylı müllki iş üzrə yekun məhkəmə aktının icrasına qədər, Bakı şəhəri Şirin Mirzəyev küçəsindəki yaşayış kompleksində yerləşən D. 10.4 saylı mənzilin üzərinə həbs qoyulmasına, qərardadın dərhal icra olunmasına və onun icrasının Bakı şəhəri Nizami rayon icra şöbəsinə və "xxxx" MMC-yə həvalə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-16(007)-78/2022 nömrəli; “"xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixədək 78000 manat məbləğində pul ödənilməklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0690 saylı müqavilədən irəli gələn bütün öhdəliklərə xitam verilir. Tərəflər razılığa gəlir ki, bu barışıq sazişinin 1-ci bəndində qeyd edilən 78000 manat məbləğin Zərərçəkmiş şəxs3 ödənilməsi, onun "xxxx" MMC-yə qarşı olan bütün iddia və tələblərini, o cümlədən "xxxx" MMC-nin Zərərçəkmiş şəxs3 qarşı bütün iddia və tələblərini tam şəkildə aradan qaldırır. "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixədək ödənilməli olan 78000 manat məbləğin ödənilmədiyi təqdirdə, yəni bu barışıq sazişinin 1-ci bəndinin tələbləri yerinə yetirilmədikdə, Zərərçəkmiş şəxs3 tərəfindən qalıq borc olan 3800 manat "xxxx" MMC-yə ödənilməklə "xxxx" MMC, xx.xx.2019-ci il tarixli, 0690 saylı müqavilənin hüquqi qüvvəsini tanımaqla, həmin mənzilə dair borcun olmamasını təsdiq edən maliyyə arayışını Zərərçəkmiş şəxs3 təqdim edilməsini öhdəsinə götürür. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır” məzmunlu barışıq sazişinin şərtlərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2(007)-577/2023 nömrəli; xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs4 təhvil verilməsinə, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs4 verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(103)-1668/2023 nömrəli; “İddiaçı "xxxx" MMC cavabdeh Zərərçəkmiş şəxs5 ilə aralarında Bakı şəhəri Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdehin iddiaçıya ödədiyi 62787 manat vəsaiti xx.xx.2023-cü il tarixədək geri qaytarılacağına dair üzərinə götürdüyü öhdəliyi qəbul edir və bunun qarşılığında iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsində X1 qarşı qaldırdığı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması, istifadəyə maneələrin aradan qaldırılmasına” dair tələbindən imtina edəcəyinə dair üzərinə öhdəlik götürür, həmin mənzilə dair tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin "xxxx" MMC-yə geri qaytarılmasına etiraz etmir. İddiaçı "xxxx" MMC cavabdeh Zərərçəkmiş şəxs5 ilə aralarında Bakı şəhəri Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında axrıncı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 62787 manat vəsaiti xx.xx.2023-cü il tarixədək geri qaytaracağına dair üzərinə öhdəlik götürür və bunun qarşılığında iddiaçı "xxxx" MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsində Zərərçəkmiş şəxs5 qarşı qaldırdığı “müqavilənin ləğv edilməsi, mənzilin qaytarılması, istifadəyə maneələrin aradan qaldırılmasına” dair tələbindən imtina etməsini və həmin mənzilin Zərərçəkmiş şəxs5 tərəfindən "xxxx" MMC-yə qaytarılmasını qəbul edir. Hazırki barışıq sazişini bağlayan tərəflər gələcəkdə mübahisənin predmeti olan Bakı şəhəri Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən A.10.2 saylı, 1 otaqlı, 52.24 kv.m sahəli mənzilə dair bir-birinə qarşı iddia və tələblərinin olmayacaqlarına dair üzərinə öhdəlik götürürlər” məzmunlu barışıq sazişinin şərtlərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(007)-635/2023 nömrəli; 05 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 2 ünvanında tikilmiş binanın 1- C blokunda 1-ci mərtəbədə yerləşən 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə iddiaçı Zərərçəkmiş şəxs6 təhvil verilməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, 28 aprel 2019-cu il tarixdən başlayaraq ödənilməmiş kirayə haqqının əvəzi kimi aylıq 1500 manat, 6 ay üçün 9000 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs6 verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manatının "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(007)-3390/2022 nömrəli; "xxxx" MMC-dən 05 avqust 2016-cı İS tarixli öhdəliklərin və hüquqların alqısatqı müqaviləsi üzrə ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Q/Y 1=B=2 saylı, 78.5 m2 ümumi sahəsi olan mağaza üçün 24 ay üçün ödənilməmiş icarə haqqı 12000 manat, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Q/Y A-2 saylı, 64 m2 ümumi sahəsi olan mağaza üçün 24 ay üçün ödənilməmiş icarə haqqı 12000 manat, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Q/Y A-3 saylı, 91.1 m2 ümumi sahəsi olan mağaza üçün 24 ay üçün ödənilməmiş icarə haqqı 12000 manat olmaqla ümumilikdə 3 mağaza üçün 36000 manat icarə haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs6 ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli e-2(007)-125/2022 nömrəli; Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatının cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2(007)-431/2023 nömrəli; "xxxx" MMC ilə Zərərçəkmiş şəxs7 arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan 3 otaqlı, A.12.4 nömrəli mənzilə dair bağlanılmış müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndindəki “Mənzili tam təmir edəcək (Təmir şərtləri əlavə Razılaşma ilə tənzimlənəcək)” sözləri “Mənzili təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələr, kommunal xətlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi” sözləri ilə əvəz edilməsinə, müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndinin “seyf qapıları, daxili qapılar, döşəmə, divar kağızları, plastik pəncərələr, kafel və metlax, qaz, su və elektrik xətləri, qızdırıcı xətləri, hazır tavan, hamam və tualet üçün sabit aksesuarlar” hissəsində ləğv edilməsinə, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə mənzilin tam təmirinə görə Zərərçəkmiş şəxs7 ödədiyi 29975 manat vəsaitin və 266,43 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs7 qaytarılmasına, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan 3 otaqlı, A.12.4 nömrəli mənzilin Zərərçəkmiş şəxs7 təhvil verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli e-2(007)-446/2022 nömrəli; Zərərçəkmiş şəxs8 tərəfindən xx.xx.2020-ci il tarixli, 0771 nömrəli müqavilə üzrə ödənilmiş 55600 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli e-2(007)-684/2024 nömrəli; Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzil üçün ödənilmiş 81609 manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs9 verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(007)-751/2023 nömrəli; Zərərçəkmiş şəxs10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013 saylı müqavilə üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A blok, 6-cı mərtəbə, ümumi sahəsi 74.6 kv.m olan, A.6.5 nömrəli mənzili "xxxx" MMC tərəfinidən Zərərçəkmiş şəxs10 təhvil verilməsinə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq, iddiaçı Zərərçəkmiş şəxs10 ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli 2(007)-2036/2024 nömrəli; "xxxx" MMC-dən 7617 manat məbləğində pul vəsaitinin və ödənilmiş 96,17 manat məbləğində dövlət rüsumunun alınaraq, Zərərçəkmiş şəxs11 ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(007)-2755/2024 nömrəli bir icraatda birləşdirilmiş icra sənədlərindəki tələblər "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun həmin icra sənədlərinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək, qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən ona əmək haqqı verilmir. Özünə məxsus daşınmaz əmlakları, evləri var, onlardan kirayə haqqı alaraq, yaşayışını təmin edir. "xxxx" MMC-nin təsisçisi Ceyhun müəllimlə əlaqə saxlamış və o, icra sənədlərində qeyd olunan işlərin həlli üçün səy göstərdiklərini bildirmişdir. O, məsuliyyətini dərk edir, hazırda maddi vəziyyətləri ürəkaçan deyil, amma problemlərin aradan, işlərin sürətləndirilməsi üçün əllərindən gələni edəcəklər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi çıxışında göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi Ceyhun müəllimdir. Binanın 4-cü blokunun tikintisində problem var, yarımçıq qalıb. Pilot layihədir, nəzarətdədir, binalar tikilib təhvil verilməlidir. Əsas gücü “D” blokuna qoyublar, onu həll etməyə çalışırlar. Zərərçəkmiş şəxs3la barışıq olub, ərizəsi var. Zərərçəkmiş şəxs11 icra sənədi icraya təzə getmiş işdir. Zərərçəkmiş şəxs4 mənzili “D” blokunda olan mənzildir. Təhvil verilməsi mümkün deyil, bina tikilməlidir ki, təhvil verilsin. Babək Səfərzadənin pulu ödənilib, ərizəsi alınıb. Zərərçəkmiş şəxs10 evini bu gün təhvil verə bilərlər. Zərərçəkmiş şəxs6la barışıq əldə olunub. Zərərçəkmiş şəxs7 məsələsi də həllini tapıb. Zərərçəkmiş şəxs8 olan borc qaytarılacaq. Maddi imkan olmadığına görə qaytara bilməmişlər. Zərərçəkmiş şəxs9 da pulu qaytarılmalıdır. Bu işlər Ceyhun müəllimdən asılıdır. Məhkəmə qərarını qəsdən icra etməmək yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən mənzil ona təmirsiz halda təhvil verilmişdir. Onlar razılığa gəlmişlər ki, evi özü təmir edəcək, MTK isə qarşılığında ona etdiyi təmirin ödənişini edəcək. Lakin hələ də ödənişi etməmişlər və icra sənədinin icrasını təmin etməmişlər. Məhz bu səbəbə görə də şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 onun tələbkar olduğu icra sənədinin icrası təmin edilmədiyindən borclu "xxxx" MMC-dən şikayətçi olduğunu göstərmiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 icra sənədinin hazıradək icra olunmamasına görə "xxxx" MMC-dən şikayətçi olduğunu göstərmiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 icra sənədində qeyd olunan mənzil ona təhvil verilmədiyinə, icra sənədi icra olunmadığına görə "xxxx" MMC-dən şikayətçi olduğunu göstərmiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşin baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyən, icra məmurunun həmin icra sənədlərinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməyən "xxxx" MMC-nin vəzifəli şəxsi, direktoru Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar, eyni zamanda işin icraatını istisna edən, xitam verilməsinə əsas olan hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-794/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-794/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver