Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-796/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru X4 onu Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirləndirilməsinə dair xx xxx 2020-ci ii tarixli İXP ******* saylı protokol tərtib etmişdir. Həmin protokolda göstərilmişdir ki, tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verilmişdir. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən qanunvericiliyin pozulmasına dair inzibati xəta törətdiyi qeyd olunmuşdur. xx xxxxx 2020-ci il tarixdə tərəfindən xx xxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edilərək şikayət etməyinə baxmayaraq etdiyi şikayət əsasında hər hansı tədbir görülməmiş, formal əsaslarla elektron formada protokol və qərar tərtib edilmiş, həmçinin etdiyi çoxsaylı müraciətlərdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhəri DYPİ-ə çağırılaraq etdiyi şikayət üzrə hər hansı araşdırma aparılmadan və ona heç bir məlumat verilmədən formal əsaslarla xx xxxxx 2020-ci il tarixdə qərar qəbul edildiyi bildirilmiş, müraciətini məhkəməyə etməyi ona bildirilmişdir. Tərtib edilmiş protokolla razılaşmır, işin faktiki halları ilə bağlı bildirir ki, tərəfindən heç bir inzibati xəta törədilməmişdir, Bakı şəhəri DYPİ-nin Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru X4 tərəfindən qeyri-etik münasibət görmüşdür, Bakı şəhəri DYPİ-nin Müşayiət-Eskort Bölüyü YPX tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP ******* protokol İXM-nin tələblərinin pozulması ilə tərtib edilmişdir. Protokolda inzibati xətanın törədildiyi yer dəqiq qeyd edilməmiş, eyni zamanda inzibati xətanın mahiyyəti göstərilməmişdir. YPX baş inspektoru tərəfindən protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Baş X10 xx xxxx 2020-ci il 120 saylı qərarının 4.4.4-cü bəndinə əsasən ictimai nəqliyyat və taksi xidmətləri fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Baş X10 xx xxxxx 2020-ci il 122 saylı qərarının 3.4-cü bəndinə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini “Fərqlənmə nişanı” əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların “icaze.e-gov.az” portalında qeydiyyata alınmaqla fəaliyyətlərinə icazə verilmişdir. Onun da istifadəsində olan 99HU362 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi fərqlənmə nişanı ilə “9933” taksi xidmətinin elektron informasiya sistemində qeydiyyata alınaraq taksi fəaliyyəti göstərməyinə şirkət tərəfindən icazə verilmişdir. YPX baş inspektoru X4 tərəfindən saxlanıldıqdan sonra tərəfindən şəxsiyyət vəsiqəsi və “9933” taksi xidməti tərəfindən fəaliyyət göstərməyinə icazə verildiyini və müvafiq “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirildiyini polis əməkdaşına bildirib şəxsiyyət vəsiqəsini sonuncuya təqdim etmişdir. Polis əməkdaşı O.P.Orucəliyev tərəfindən polisin etik davranış qaydalarına sığmayan münasibətlə qarşılaşmışdır və həmin polis əməkdaşı onu saxtakar bir insan kimi qələmə verərək rəsmi sənəd təqdim etməməyi ilə onu ittiham etmişdir. xx xxx 2020-ci il tarixli İXP ******* saylı protokol tərtib olunarkən İXMnin tələbləri ciddi pozulduğundan, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından xx xxx 2020-ci il tarixli İXP ******* (TP 3610456) saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru Orxan Orucəliyev tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxx 2020-ci il tarixdə saat 18:48-də Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; -Bakı şəhər BPİ DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması) törədildiyinə görə o, 100 manat məbləğində inzibati cərimə edilmişdir; -Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” X9 xx xxxxxxxx 2020-ci il tarixli **********650 nömrəli məktubundan görünür ki, 2020-ci il 16 aprel tarixində “X5 X6 Alınması və Monitorinqi Sistemi” (icaze-e.gov.az portalı) üzərindən X2 (ş/v AA0093617) aid icazələrin statusu aşağıdakı kimi müəyyən edilmişdir: 2020-ci il 3 aprel tarixində saat 20:13:58-də qeydiyyata alınmış və həmin tarixdə təsdiqlənmiş icazə 2020-ci il 15 aprel tarixinə saat 01:25:10-dək qüvvədə olmuşdur; 2020-ci il 17 aprel tarixində saat 12:49:43-də qeydiyyata alınmış və həmin tarixdə təsdiqlənmiş icazə 2020-ci il 31 may tarixinədək qüvvədə olmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində X5 elan olunmasına və xx xxxxx 2020-ci il tarixdə bununla bağlı qüvvədə olan qərar olmasına baxmayaraq, həmin qərarın tələbləri X3 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarının 1.2. bəndinə əsasən müəyyən edilmişdir ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarının 4-cü bəndi ilə müəyyən edilmişdir ki, xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə müvafiq istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir ki, siyahısı müəyyənləşdirilən bu orqan və təşkilatların siyahısının 4.4.4cü bəndində ictimai nəqliyyat və taksi xidmətləri nəzərdə tutulmuşdur. xx xxxx 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarlarında müəyyən edildiyi kimi, xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə müvafiq istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir ki, bu istiqamətlərdən biri də taksi xidmətləridir. Qərardan şikayət vermiş X3 taksi fəaliyyəti ilə məşğul olsa da, inzibati xətatının törədildiyi vaxt onun fəaliyyətinə icazə verilməsi barədə məlumat “icaze.e-gov.az” portalına daxil edilməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında araşdırma aparmış “Elektron Hökumətin İnkişafı Mərkəzi” X9 xx xxxxxxxx 2020-ci il tarixli **********650 nömrəli məktubuna əsasən 2020-ci il 16 aprel tarixində “X5 X6 Alınması və Monitorinqi Sistemi” (icaze-e.gov.az portalı) üzərindən X2 aid icazələrin statusu aşağıdakı kimi müəyyən edilmişdir: 2020-ci il 3 aprel tarixində saat 20:13:58-də qeydiyyata alınmış və həmin tarixdə təsdiqlənmiş icazə 2020-ci il 15 aprel tarixinə saat 01:25:10-dək qüvvədə olmuşdur; 2020-ci il 17 aprel tarixində saat 12:49:43-də qeydiyyata alınmış və həmin tarixdə təsdiqlənmiş icazə 2020-ci il 31 may tarixinədək qüvvədə olmuşdur. Bununla da, müəyyən edilir ki, inzibati xəta hadisəsinin aşkar olunduğu xx xxxxx 2020-ci il saat 18:48-də X1 “X5 X6 Alınması və Monitorinqi Sistemi”ndə (icaze-e.gov.az portalı) müvafiq icazəsi qeydə alınmamışdır, ona görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta artıq törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətaya görə təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-796/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-796/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver