Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-8/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, qərardan şikayət vermiş X10 nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhəri idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X19 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhəri idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, şikayət baxılması üçün aidiyyəti üzrə həmin məhkəmədən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-1567/2020 saylı qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2261/2020 saylı qərarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)- 1567/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin direktoru X19 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və İdarənin MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə X19 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 marat məbləğində cərimə inzibati tənbeh tədbiri görülmüşdür. Hesab edir ki, tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. “xxxx” MMC-nin işçisi olmuş X3 Əmək Müfəttişliyinə müraciət edərək əmək haqqının düzgün hesablanmadığını, həmçinin əlil olduğu halda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xüsusi rejimli iş saatları ilə deyil, adi iş saatları ilə işlədiyini bildirmişdir. X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə araşdırma aparılmış, şikayətdə göstərilən hallar öz təsdiqini tapmamışdır. Lakin X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən əsassız olaraq, həm şirkət barəsində, həm də şirkətin direktoru kimi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərarın ləğv edilməsi üçün birinci əsas odur ki, o, şikayətçi Lalə Novruzova işə qəbul edilərkən “xxxx” MMC-nin direktoru olmamışdır. Həmin vaxt “xxxx” MMC-nin direktoru X8muşdur. Bu hal X11 məlum olmuşdur. Belə ki, DƏMX tərəfindən Lalə Novruzovanın əmək müqaviləsinin qeydiyyata alınması barədə bildiriş sistemdən çap olunmuşdur. Həmin bildirişdə həm əmək müqaviləsini, həm də bildirişi imzalayan şəxs kimi X4 açıq-aydın görülür. Belə olan halda, açıq-aşkar sübut olunur ki, o, törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun və qəbul edilmiş qərarın əsassız olmasının aydın olması üçün işin faktiki halları məhkəmənin nəzərinə çatdırılır: X12 ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsi əsasında Lalə Novruzova “xxxx” MMC-yə operator vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə əsasən Lalə Novruzova qarışıq növbəli iş rejimi olmaqla işə qəbul edilmişdir. Lalə Novruzovanın başqa iş əsas iş yeri olduğu üçün MMCdə işləyəcəyi iş əlavə iş kimi rəsmiləşdirilmişdir. X12 işə qəbul olmaq üçün müraciət edərkən, həmçinin əmək müqaviləsi imzalandıqdan sonra işlədiyi dövr ərzində şirkətə özünün İİ qrup əlil olması barədə hər hansı sənəd təqdim etməmiş, həmçinin bu barədə şifahi məlumat verməmişdir. Lalə Novruzova tərəflərindən işə qəbul edilərkən, onun işə qəbul edilməsi barədə məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq elektron portala daxil edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Lalə Novruzova əmək müqaviləsini imzalamamışdır. X6 fevral ayı üçün əmək haqqının tam ödənilməməsi, artıq işlədildiyi ilə bağlı öz ərizəsində qeyd etdiklərinin də heç bir əsası yoxdur. Belə ki, Lalə Novruzovanın əmək haqqı bütün məcburi ödəmələr çıxıldıqdan sonra 237 manat təşkil edir. 2020-ci ilin fevral ayında iş saatı normasının 160 saat müəyyən olunması nəzərə alındıqda - 237:160=1.48125 manat/saat təşkil edir, Lalə Novruzova fevral ayı ərzində 178 saat işləmiş və ona fevral ayı üçün bütün məcburi ödənişlər tutulduqdan sonra 273 manat əmək haqqı ödənilmişdir. 178-160=18 saat; 1.48125x18=26.6625 manat. 26.6625x2=53,325 manat. 237+53.32=290.32 manat əmək haqqı hesablanmışdır ki, bu məbləğdən vergilər tutulduqdan sonra sonra 273 manat qalır. Qeyd edilən məbləğ də bütünlüklə ona ödənilmişdir. Göründüyü kimi, Lalə Novruzovanın 2020-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş aylıq iş saatı normasından artıq işlədiyi dövr üçün əmək haqqı tam ödənilmişdir. Bu səbəbdən də onun, şikayət ərizəsində göstərdiyi, əmək haqqının ödənilməməsi barədə dəlilləri əsassızdır. Həmçinin, Lalə Novruzova xx xxxxx 2020-ci il tarixdən etibarən, səbəbi barədə heç bir məlumat vermədən işə çıxmamışdır. Ona, işə çıxmamasının səbəbləri barədə şirkətə rəsmi qaydada məlumat verməsi barədə xx xxx 2020-ci il tarixli məktub yazılmış, lakin həmin məktuba da heç bir cavab verməmişdir. Lalə Novruzovanın işə çıxmaması müvafiq qaydada aktlarla rəsmiləşdirilmişdir. Həmçinin, işə çıxmadığı üçün ona əmək haqqı hesablanmaması barədə müvafiq əmrlər verilmişdir. Lakin ölkədə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq, bu müddət ərzində X12 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Azərbaycan Respublikasında gücləndirilmiş karantin rejimi başa çatdıqdan sonra, xx xxxx 2020-ci il tarixdə X12 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadığı üçün Əmək Müfəttişliyi tərəfindən heç bir əsas olmadan həm şirkət barəsində, həm də şirkətin rəhbəri kimi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xata haqqında protokol tərtib edilmiş, həmin maddə ilə 4000 manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda maddə düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən “Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Lakin qeyd olunanlardan göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 3(004)-1801/2020 saylı qərarı ilə “xxxx” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq, Əmək Müfəttişliyi tərəfindən heç bir əsas olmadan eyni əmələ görə həmin şirkətin rəhbəri kimi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarla eyni maddə ilə 4000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, bir inzibati xətaya görə “xxxx” MMC-nin və həmin MMC-nin rəhbəri kimi onun inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Qanunverici, qeyd edilən maddə üzrə inzibati məsuliyyətin yaranmasını əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə şərtləndirmişdir. X5 ilə bağlanmış əmək müqaviləsi tərəflərindən elektron informasiya sisteminə daxil edilmiş və bu barədə bildiriş təsdiq edilmişdir. Belə olan halda, o, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Yuxarıda göstərilənlərlə sübut olunur ki, o, törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilmişdir. Qərarın ləğv edilməsi üçün digər vacib əsas odur ki, barəsində inzibati tənbeh tətbiq edilərkən qanunvericilikdə inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş müddətin ötməsinə heç bir əhəmiyyət verməmişdir. X17 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X10 nümayəndəsi Vəkil təmsil etdiyi şəxsin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X19 və qərarında şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İnternet Vergi İdarəsinin saytından çıxarışdan görünür ki, “xxxx” MMC xx xxxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni tənsilçisi X13r. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhəri idarəsinin əmək müfəttişi X7 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “xxxx” MMC-nin direktoru X2 Lalə Əliağa qızına qarşı Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası ilə təsdiq edilir və bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələblərini pozmuşdur. Nəticədə “xxxx” MMC-nin direktoru X19 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhəri idarəsinin rəisi X20 tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X19 xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat cərimə edilmişdir. -Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(004)- 1801/2020 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20.000 manat məbləğində inzibati cərimə edilmişdir. -“xxxx” MMC üzrə xx xxxxxx 2020-ci il tarixli 02/20 nömrəli əmrdən çıxarışdan görünür ki, X16 həmin tarixdən Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən (öz xahişilə) işdən azad edilmişdir. -“xxxx” MMC-nin təsisçisinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X19 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. -Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X19 “xxxx” MMCnin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. -“xxxx” MMC ilə X12 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, L.Ə.Novruzova xx xxxxxx 2020-ci il tarixdə MMC-də operator vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə X12 tərəfindən imzalanmamışdır. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə X12 ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadlanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmiş, bu barədə məlumat xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırkı mübahisələndirilən X10 inzibati qaydada tənbeh edildiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhəri idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından, həmin qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokoldan və toplanmış sənədlərdən məlum olur ki, “xxxx” MMC-nin qanuni təmsilçisi, direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş X12 işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, işçinin işə qəbul edilməsinə və tərəflər arasında əmək münasibətlərinin yaranmasına əsas olan xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsi işə götürülən X12 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi, əmək müqaviləsi yazılı formada bağlanmalıdır və müqavilənin bağlanmış hesab edilmiş olmasının, onun yazılı formasına, əmək müqaviləsinin bağlanması formasına əməl edilməsinin zəruri şərtlərindən biri də tərəflərin həmin müqaviləni imzalamış olmalarıdır. Müqavilənin hüquqi müstəvidə mövcud kimi qəbul edilməsi üçün onun tərəflərinin iradə ifadələrini, razılıqlarını tam bəyan etmələri, yəni müqaviləni imzalamaları zəruridir. Müqavilə baxımından tam razılaşma olmayıbsa, müqavilənin imzalanması yolu ilə iradə ifadəsi bəyan edilməyibsə, aydın məsələdir ki, müqavilənin hüquqi qüvvəyə minməsindən söhbət gedə bilməz. Sözügedən xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsi müqavilə tərəfi kimi qeyd olunan X12 tərəfindən imzalanmadığı üçün həm əmək qanunvericiliyinin, həm də inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda da, “xxxx” MMC-nin qanuni təmsilçisi, direktoru vəzifəsini daşıyan X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülmüş X6 işə qəbul edilərkən MMC-nin rəhbərinin X10 olmaması, onun törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilməli olmaması barədə şikayətdə göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, X19 xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin qanuni təmsilçisi, direktoru təyin edildikdən sonra xx xxxxxx 2020-ci il tarixdə MMC-də operator vəzifəsinə qəbul edilmiş X12 ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilənədək onunla əmək münasibətlərini davam etdirmiş, özü xx xxxxxx 2020-ci il tarixdə işə başladıqda həmin işçi ilə əmək müqaviləsinin imzalanmasını təmin etməmiş, bununla da işəgötürən kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Ona görə də qərardan şikayət vermiş tərəfin bununla bağlı irəli sürdüyü dəlillərin əsası yoxdur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, X10 yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı X19 inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın xx xxxxxx 2020-ci il tarixdə törədildiyi və bu inzibati xətanın törədilməsində X10 təqsirli olması faktiki müəyyən edilmişdir. Lakin inzibati xəta ilə bağlı protokol xx xxxx 2020-ci il tarixdə tərtib edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bildiriş xx xxxx 2020-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir Tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmadığından elektron informasiya sisteminə yerləşdrilmiş həmin bildirişlər, yəni əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi hüquqi qüvvəsi olan sənəd kimi qəbul edilə bilməz. İnzibati iş materiallarından görünür ki, X12 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, ev 35 ərazisində yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində işə başlamış və orada xx xxxx 2020-ci il tarixə kimi işləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi xx xxxxxx 2020-ci il tarixdə başlamış və xx xxxx 2020-ci il tarixədək, yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və X6 əmək müqaviləsi olmadan işləməsi sübut olunacağı halda, X6 ən azından özü əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini bilmiş və bununla da, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X19 tərəfindən inzibati xəta törədilməsi artıq ona aşkar olmuşdur. Belə ki, iş materiallarından görünür ki, X12 xx xxxx 2020-ci il tarixə qədər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə işlərin yerinə yetirilməsinə cəlb edildiyi barədə xx xxx 2020-ci il tarixdə ərizəsi artıq Əmək Müfəttişliyinə daxil olmuşdur Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 müraciət etdiyini həmin ərizədə X12 əmək müqaviləsi bağlanmadan xx xxxxxx 2020-ci il tarixdən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyini, xx xxxx 2020-ci il tarixdə əmək haqqı kartı əlindən alınaraq, işdən çıxarılma barədə ərizə alınmadan işdən çıxarıldığını, artıq işə buraxılmadığından şirkətin rəhbərliyinə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispoziyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini nəzərdə tutmuşdur. Məhkəmə iclasında isə X1 dəfə xx xxxx 2020-ci il tarixdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtı xx xxxx 2020-ci il tarixi müəyyən edilməli, qanunla müəyyən edilmiş müddət keçdiyindən, X19 inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən şikayət təmin edilməli, qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-8/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-8/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver