Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-80/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət vermiş Rada Peterin, Qərarından şikayət verilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, X1 X10 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “Müfəttişlik) tərəfindən **********8 saylı məktub ünvanlanmışdır. Həmin məktubla "xxxx" MMC barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar göndərilmişdir. X9 tərəfindən verilmiş şikayətə baxılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM”) 192.4-cü maddəsinin pozulduğu göstərilmiş, İbrahim Ulusoyun əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin ödənilmədiyi aşkar edilmiş, 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, müfəttişliyin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassızdır və həmin qərar ləğv edilməlidir. Belə ki, işdən azad olunma barədə 31 mart 2022-ci il tarixli əmrə əsasən işçi ilə əldə olunmuş razılığa görə, iş ili üçün işçinin istifadə etmədiyi məzuniyyət günü 0 təqvim günü müəyyən edilmiş və bu barədə əmrə müvafiq qeydlər aparılmışdır. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 bildirmişdir ki, işçi X5 şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, onunla əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilməmişdir, buna görə də Rada Peter barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd olunan səbəbdən, qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. X13 məhkəmə iclasında iştirak edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, işçinin işlədiyi müddət boyunca ona müxtəlif məbləğlərdə borcu yaranmış, sonradan onlar arasında əldə olunmuş razılığa əsasən həmin borc qarşılığında işçi İbrahim Ulusoya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən vətəndaş X5 əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilmədiyinə görə qanunvericiliyin tələbləri pozulmuş, buna görə işəgötürən Rada Peter İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar MN ******* saylı protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansi şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-80/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-80/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver