Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-806/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi ev 40, mənzil 40 olan Şəxs MMC tərəfindən, “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası”na dair X2 Bakı regional bölməsinin 28 dekabr 2023-cü il tarixli 168 nömrəli qərarı, onun icrası üçün müəyyən edilmiş 10 gün müddətində icra edilməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) dəfələrlə bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin nümayədəsi məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin 28 dekabr 2023-cü il tarixli 168 nömrəli qərarından görünür ki, İran İslam Respublikasından idxal olunmuş, xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli, ümumi çəkisi 2535 kq, istehsalçısı “Tolidi Bazargani Modern Sazan Mandegar” müəssisəsi olan qovrulmus çətənə məhsulu partiyası xx.xx.2023-cü il tarixli AZ-23011228/LAB01-23028-T-028 saylı tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Aflotoksin B1 miqdarının normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Qərarın qəbul edilməsi üçün hüquqi əsas: “X3” Azərbaycan Respublikası Qanununun 31.9-cu maddəsinə əsasən aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. Həmin qanunun 31.10-cu maddəsinə əsasən bu Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması nəzərdə tutulan mallar gömrük ərazisinin hüdudlarından kənara çıxartimalıdır. Bununla bağlı yaranan xərclər idxalatçı tərəfindən ödənilir. Həmin qanunun 31.11-ci maddəsinə əsasən bu Qanunun 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir. Göstərilənlərə əsasən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681-ci nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.11-ci yarımbəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarına əsasən qərara alınmışdır: Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında İran İslam Respublikasından idxal olunmuş, xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2025-cİ il son istifadə tarixli, ümumi çəkisi 2535 kq, istehsalçısı “Tolidi Bazargani Modern Sazan Mandegar” müəssisəsi olan qovrulmus çətənə məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunsun. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyası 10 gün müddətində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilsin və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada utilizasiya edilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 dekabr 2023-cü il tarixli 3-44-1/2- 1-12879/23 nömrəli məktubdan görünür ki, 28 dekabr 2023-cü il tarixli 168 nömrəli qərar icra olunması üçün Şəxs MMC-nin ünvanına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 yanvar 2024-cü il tarixli 3-44-1/2- 457/24 nömrəli məktubdan görünür ki, 28 dekabr 2023-cü il tarixli 168 nömrəli qərar icra olunmadığından Şəxs MMC-nin barəsində inzibati icraat başlanması barədə məlumat verilmiş və nümayəndənin icraatda iştirakı xahiş edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-806/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-806/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver