Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-808/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, ev 49A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 04 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 02 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsində, X1rşısında idarə etdiyi “Ford Focus minik” markalı **- XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs Ehtiyyat oğlunun idarə etdiyi “Opel Astra minik” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını qəsdən vurub özgə əmlakını zədələməklə zərərçəkmiş şəxsə az miqdarda, 505 manat məbləğində maddi ziyan vurmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təhqiqat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 02 dekabr 2021-ci il tarixdə X1rşısında “Ford” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman qarşısında gedən “Opel Astra” markalı **-EY-***9 dövlət qeydiyyat nişanlı avtomobildən yol istəmiş, lakin həmin avtomobil ona yol verməmişdir. Ona görə məcburən sağdan ötmə əməliyyatı həyata keçirmişdir. Qarşıda dəmiryolu keçidi olmuş, orada sürəti aşağı salmışlar, maşından düşmədən aralarında mübahisə yaranmış, həmin şəxs onu təhqir etmiş, o da sözlə qarşılıq vermişdir. Həmin sürücü onun qarşısını kəsdiyinə görə manevr etmiş, onun sürücü tərəfdən qapısını əzmiş və yoluna davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ehtiyyat oğlu izahatında göstərmişdir ki, 02 dekabr 2021-ci il tarixdə saat 08 radələrində Nizami rayonu, O.Vəliyev küçəsində etibarnamə ilə idarə etdiyi **-EY-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə hərəkətdə olan zaman **-XH-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü onu saxlatdıraraq avtomobildən düşmədən nə üçün ona yol vermədiyini irad bildirmişdir. O, həmin şəxsə sağ tərəfin boş olduğunu, avtomobilini sürüb həmin tərəfdən getməsini demişdir. Həmin şəxs avtomobilini onun avtomobilinin yanına verərək təkrar irad bildirmiş, onu vuracağını demiş və avtomobilini qarşıda saxlamasını tələb etmişdir. O, avtomobilini qarşıda saxlayıb düşən zaman həmin şəxs avtomobili sürərək onun qabaq sol qapısını qəsdən vuraraq sürüb çıxıb getmişdir. Hadisə nəticəsində ona 500 manat maddi ziyan dəymiş, lakin ziyan indiyədək ödənilməmişdir. Sondadan müəyyən edilmişdir ki, avtomobilini vurub maddi zərər yetirən şəxs Şəxs olmuşdur. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Ehtiyyat oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs(lər)in gələcəkdə yerinin müəyyən olunaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs Ehtiyyat oğluna vurduğu maddi ziyanı ödəməmiş, onunla barışmamışdır. Belə olan halda, İXM-nin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 505 (beş yüz beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs Ehtiyyat oğluna izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-808/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-808/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver