Məhkəmə qərarları › İş №3(007)-809/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-809/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-809/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, “xxxx” MMC-nin direktoru və təsisçisi X1 inzibati xəta haqqında protokollardan və onlar əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: “xxxx” MMC-nin direktoru və təsisçisi X3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən ona və direktoru olduğu “xxxx” MMC-yə qarşı tətbiq edilmiş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsaslanan xx xxxxxx 2020-ci il tarixli ******* MN nömrəli və ******* MN nömrəli inzibati xətalar haqqında protokolların əsassız sayılması, həmin protokollara əsaslanan ******* MN nömrəli xx xxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2021-ci il tarixli QYB- 001/21 nömrəli qərarların ləğv edilməsini, inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İlk növbədə nəzərə alınmalıdır ki, “xxxx” MMC-nin direktoru və təsisçisi X3 şikayətində onun və MMC-nin barəsində tərtib olunmuş inzibati xətalar haqqında protokolların əsassız sayılmasını və həmin protokollara əsaslanan qərarların ləğv edilməsini xahiş etmişdir. Hansı ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Qərardan şikayət verilməsi üçün isə, mübahisələndirilən qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. Ümumiyyətlə, hazırkı halda belə qərarın qəbul edilib-edilməməsi müəyyən deyil, şikayət vermiş şəxs mübahisələndirdiyi qərarı təqdim etməmiş, şikayətini də qərarla müəyyən edilmiş hallara uyğun əsaslandırmamış, ümumiyyətlə, şikayətə hər hansı sənəd, o cümlədən hüquqi şəxsin adından şikayət vermək hüququnu müəyyən edən zəruri sənədləri əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, “xxxx” MMC-nin direktoru və təsisçisi X1 hazırkı şikayəti geri qaytarılmalı, inzibati xəta haqqında protokollara vəzifəli şəxs kimi özünün və hüquqi şəxsin nümayəndəsinin qanuni təmsilçisinin və ya nümayəndəsinin iştirakı ilə baxılması ilə bağlı protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxx” MMC-nin direktoru və təsisçisi X1 inzibati xəta haqqında protokollardan və onlar əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayət geri qaytarılsın. İnzibati xəta haqqında protokola vəzifəli şəxs kimi özünün və hüquqi şəxsin qanuni təmsilçisinin və ya nümayəndəsinin iştirakı ilə baxılması barədə həmin protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar