Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-809/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin 29 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin 29 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11.03.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-DA-*** nişanlı avtomobillə saat 23:08 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ilə “Neftçilər”ə doğru hərəkət edərkən, Bakı şəhəri Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru X3 avtomobilini saxlayaraq ondan sənədləri tələb etmişdir. O, avtomobilinin saxlanma səbəbini soruşduqda, qabaq duman əleyhinə fənərlərdə “Led lampa” olduğunu və bunun İXM-nin 342.2.2-ci maddəsinə zidd olduğunu bildirmişdir. O, etirazını bildirmiş və yazılan protokoldan məhkəməyə şikayət edəcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq, inspektor protokol tərtib edərək ona təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə yaşadığı mənzilə Bakı şəhəri Nizami rayon PŞ-si tərəfindən məktub gəlmişdir. O, Nizami RPŞ-nə yaxınlaşmış, polis mayoru X1 tərəfindən, 29.03.2022-ci il tarixdə tərtib olunmuş qərar ona təqdim olunmuşdur. Həmin gün Azərbaycan Respublikası Daxili X7 Eyvazova, BDYPİ-nin rəisi Ramiz Zeynalova elektron qaydada protokolun qanunsuz olması barədə şikayət etmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Lakin heç bir nəticə əldə olunmamış, qanunsuz protokol ləğv edilməmişdir. Protokol səhvdir, əsassızdır və həmin protokol əsasında qəbul olunmuş 29.03.2022-ci il tarixli, TP ******* nömrəli qərar ləğv olunmalıdır. Göstərdiklərinə əsasən, “Toyota Prius” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi kimi onun Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə növündə tənbeh tərtib ediməsi barədə tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP4930593 saylı elektron qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat verərək, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 protokolda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta hadisəsi yerində vizual olaraq aşkar edilmiş, sürücüyə izah olunmuşdur ki, normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirmişdir. Belə ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsində nasazlıq hesab olunur. Şikayət əsassızdır, protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, onun əsasında isə qərar qəbul olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin YPX inspektoru X3 tərəfindən tərtib olunmuş 11 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 mart 2022-ci il tarixdə saat 23:08-də “Toyota Prius (Hibrid) minik” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 tərəfindən Bakı şəhəri, Nəsimi küçəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin 29 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X5 11 mart 2022-ci il tarixdə saat 23:08-də “Toyota Prius (Hibrid) minik” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi küçəsində idarə edərkən normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirdiyinə görə 11 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanuna 1 saylı Əlavənin İİİ hissəsinə əsasən xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısına daxildir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 11 mart 2022-ci il tarixdə saat 23:08də “Toyota Prius (Hibrid) minik” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi küçəsində idarə edərkən normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirdiyinə görə barəsində 11 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin 29 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə, qeyd olunan inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. X5 qərardan verdiyi şikayətində və məhkəmə iclasında şikayətini əsaslandırarkən, protokolun qanunsuz tərtib olunduğunu və şikayətin əsassız olduğunu göstərsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısına daxildir. Hansı ki, X5 həmin avadanlığı quraşdırmaqla normativ tələbləri, yol hərəkəti haqqında qanunun və inzibati xətalar qanunvericiliyinin tələblərini pozmuşdur, onun şikayətində irəli sürülən dəlillər mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 29 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinin 29 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-809/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-809/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver