Məhkəmə qərarları › İş №3(007)-814/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-814/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-814/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 9/11-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş 18 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 18 yanvar 2021-ci il tarixdə saat 04:15-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Mercedes 220 minik” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYP-nin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xüsusi texniki vasitədən istifadə etmək haqqında 18 yanvar 2021-ci il tarixli protokolda olan etirafedici izahat Şəxs özü tərəfindən yazılmışdır. Yazı nümunəsi onun tərəfindən mübahisələndirildiyinə görə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi yolu ilə həmin məsələnin yoxlanılmasına etiraz etmir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsindən sonra məhkəmə iclaslarının təxirə salınaraq görülmüş müvafiq tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin özü-X1 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbinə dair məlumat verməmişlər. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 18 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Mercedes 220 minik” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol-patrul xidməti inspektoru tərəfindən heç bir əsas olmadan saxlanılmış, içkili vəziyyətdə olmadığı halda barəsində protokol tərtib edilmişdir. O, alkotesterin nəticəsi ilə razılaşmamış, həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Lakin polis əməkdaşı onun tələbinə əməl etmədən işi məhkəməyə göndərmişdir. İşdə olan xüsusi texniki vasitədən istifadəyə dair 18 yanvar 2021-ci il tarixli protokolla tanış olmuşdur, onun içkili olduğunu etiraf etməsi barədəki izahatda göstərilənlər onun tərəfindən yazılmamışdır, xətt ona məxsus deyildir, həmçinin protokoldan görünür ki, izahat ümumiyyətlə yazan şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa o, həmin gün müstəqil olaraq tibbi müayinədən keçmiş, ayıq olması barədə akt almışdır. Hesab edir ki, protokolda onun adından yazının kim tərəfindən yazılması müəyyənləşdirilməlidir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsindən sonra məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ekspertizanın rəyi ilə razıdır, əvvəlki izahatına dəqiqləşdirmə apararaq bildirir ki, 18 yanvar 2021-ci il tarixli protokolun izahat bölməsindəki əlyazma ilə olan yazılar, sonuncu “duymadım” sözü istisna olmaqla, onun tərəfindən yazılmışdır. “Duymadım” sözünü ona görə yazmamış, cümləni tamamlamamışdır ki, o, faktiki olaraq alkotesterin nəticəsi ilə razılaşmayıb həkim müayinəsindən keçirilməsini tələb etmiş, YPX inspektoru isə qanunun tələbinə zidd olaraq onu həkim müayinəsinə aparmamışdır. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 18 yanvar 2021-ci il tarixli, İXP3733493 nömrəli protokoldan görünür ki, Şəxs spitli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən bu faktın müəyyən edilməsi üçün sərxoşluq vəziyyətini təyin edən “ACE-Z” markalı, İN-342269 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Həmin protokolda müayinə olunan şəxsin izahatı hissəsində aşağıdakı qaydada göstərilmişdir: “Azər Şəxs ilk dəfədir ki içkili maşın idarə edirəm, X5 ki, piyvə spirtli içki içib sükan arxasına eyləşmişəm. Həkimə getməyə öz istəyimlə etiyac duymadım.” Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 iyul 2021-ci il tarixli 4/972 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, inzibati işin 14-cü vərəqəsində olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” İXP3733493 nömrəli protokolda “Spirtli içki qəbul etməsi müəyyən olunmuşdur.” qrafasından aşağıdakı “X6 ilk dəfədrki içkılı Maşın ıdarə edirəm, X5 ki, piyvə spirtli içki içib sukan Arxasına eyleşişem. Həkimə getməyə öz istəyimlə etiyac” yazıları Şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş inzibati işin 14-cü vərəqəsində olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” İXP3733493 nömrəli protokolda “Spirtli içki qəbul etməsi müəyyən olunmuşdur.” qrafasından aşağıdakı yazıların sonundakı “duymadım.” sözü - Şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 18 yanvar 2021-ci il tarixli 2/1232 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2014-cü il tarixli qərarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, YPX əməkdaşında Şəxs içkili olmasına şübhə yarandığından o, yerində xüsusi texniki vasitədən keçirilməklə yoxlanılmış, bu zaman Şəxs texniki vasitənin göstəricisi ilə razılaşmayaraq onun tibbi müayinədən keçirilməsini tələb etmişdir. Lakin Şəxs tibbi müayinədən keçirilməsi qanunla müəyyən olunan qaydada nəinki təmin edilmiş, əksinə, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 18 yanvar 2021-ci il tarixli protokolda “Spirtli içki qəbul etməsi müəyyən olunmuşdur.” qrafasından aşağıdakı yazıların sonunda “...həkimə getməyə ehtiyac...” sözlərindən sonra fikrin bitdiyini göstərən, sonrakı hərəkətlərin müəyyən olunmasında xüsusi əhəmiyyət kəsb edən sözün Şəxs tərəfindən yazılmasına imkan verilməmiş, şərait yaradılmamış, “...həkimə getməyə ehtiyac...” sözlərindən sonra başqa şəxs tərəfindən “duymadım.” sözü yazılaraq, xüsusi texniki vasitə ilə müayinə olunan şəxsin həkim müayinəsinə getmək istəmədiyi görüntüsü yaradılmış, bununla da Şəxs barəsində əsassız olaraq inzibati icraat başlanılmasına nail olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi məhz yerində xüsusi texniki vasitə ilə və ya nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxsin tibbi müayinəyə göndərilməsi yolu ilə müəyyən olunmalıdır. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirak etməli olması imperativ qaydada, məcburi hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, hazırkı icraat zamanı yuxarıda qeyd edilən qaydada pozuntuya yol verilmiş, sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi yerində xüsusi texniki vasitə ilə yoxlanıldıqdan sonra Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduğu və tələb etdiyi halda onun tibbi müayinəyə göndərilməsi təmin olunmamış, tibbi müayinə protokolunda isə başqa şəxs tərəfindən düzəliş aparılaraq müayinə olunan şəxsin həkim müayinəsinə getməyə ehtiyac duymadığı qərəzli olaraq qeyd edilmişdir, o zaman bu müayinə aparılmamış hesab olunmalı, tibbi müayinə barədə iş materiallarında olan 18 yanvar 2021-ci il tarixli protokol mötəbət sübut kimi qəbul edilməməlidir. Belə olan halda, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, törədilməsi ehtimal edilən inzibati xətaya münasibətdə iş üzrə icraata xitam verildiyindən, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 140 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar