Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-828/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 iştirakı ilə, Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 18.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 18.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını, onun hüququnu, şərəf və ləyaqətini pozduğuna görə protokolu düzgün tətbiq etməyən polis baş leytenantı X1 onun xeyrinə 1000 manatın tutulması, pulu şərəfli ordunun hesabına köçürülməsi və qərarı düzgün tətbiq etməyən polis mayoru X2 haqqında inzibati ölçü götürülməsini DİN-ə çatdirmağı xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 08 avqust 2020-il tarixdə Bilgəh bağ evindən şəhərə qayıdanda Heydər Əliyev prospekti istiqamətindən ikinci yol istiqamətinə girib qabaqdan yol işarəsinə əməl edib sağa dönüb qabaqdan isə yenə yol işarəsinə əməl edib sola dönüb Olimpiya şəhərciyinin yanında saxlamışdır. Tanışını götürüb tərpənəndə bir serjant polisi ona yaxınlaşıb protokol vermişdir ki, yol qaydalarını pozmuşdur. O, etirazını bildirmişdir ki, birinci protokolu düz doldurmamışdır, protokola sübutedici sənəd versin, baxsın, sübutedici sənəd düz olsa, getsin, cəriməni ödəsin. Cavabı bu olmuşdur ki, get ödə. O, 16 avqust 2020-ci il tarixdə İN və Respublika YPİ-E.poçtla məktub yazıb polisin vəzifə səlahiyyətini pozduğu haqqında ərizə yollamış, cavab gəlməmişdir. Bir müddətdən sonra vaxt ötdüyünü nəzərə alaraq cənab Nazirə 2-ci dəfə müraciət etmişdir. Ona ******* nömrə ilə bir qadın zəng vurmuş, protokolun və tərtib edənin adını soruşmuş, sonra 2-3 dəfə də zəng vurmuşlar, vəssalam, bununla iş bitmişdir. Ona isə bu yaxınlarda məktub gəlmişdir ki, narazıdırsa, versin məhkəməyə. Məhkəməyə vermək üçün isə ona qərar verməmişlər. 26 noyabr 2020-ci il tarixdə Bakı şəhər YPİ-nə 211 otağa gedib qərarı götürmüşdür, sübutedici sənədi isə bu günə qədər ala bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 18.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 06 avqust 2020-ci il tarixdə saat 17:31-də X5 idarə etdiyi “Mazda CX-5” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri “Koroğlu” metrostansiyasının yaxınlığında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 18 avqust 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 06 avqust 2020-ci il tarixdə saat 17:31-də Bakı şəhəri “Koroğlu” metrostansiyasının yaxınlığında “Mazda CX-5 minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-828/21 nömrəli, 23.02.2021-ci il tarixli qərarından görünür ki, X3, Bakı şəhər BPİ-nin DYPİ-nin 18 avqust 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1279/2021 nömrəli, 02.06.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında “CD” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin videogörüntüdə X3 idarə etdiyi “Mazda CX-5” minik markalı, **-ET- *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olması və sonuncunun YPX əməkdaşı ilə qeyd edilmiş xəta ilə bağlı dialoqu əks olunmuşdur. Yəni, həmin görüntülərdən X3 Bakı şəhəri “Koroğlu” metrostansiyasının yaxınlığında quraşdırılmış “Giriş qadağandır” yol nişanının təsir dairəsinə daxil olaraq inzibati xəta törətməsi anı öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 18.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 18 avqust 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş 18 avqust 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-828/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-828/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver