Məhkəmə qərarları › İş №3(007)-830/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-830/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-830/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu Kürdmahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxxxx 2021-ci il tarixdə, saat 21:07 radələrində müdir vəzifəsində işlədiyi ünvan 3 ünvanında yerləşən “OBA” marketdən naməlum şəxs tərəfindən iki ədəd spirtli içki olan araq oğurlandığını bildirmişdir. Qeyd olunan faktla bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırılma aparılmış və xx xxxxxx 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, 2019-cu ilin mart ayından ünvan 3 ünvanında yerləşən “OBA” marketdə mağaza müdiri vəzifəsində işləyir. Sonuncu hadisədən bir neçə gün əvvəl o, marketdə quraşdırılmış müşahidə kameralarına baxdıqda aşkar etmişdir ki, tanımadığı bir nəfər şəxs müxtəlif vaxtlarda marketdən oğurluq edir. Həmin şəxsin kimliyi ona məlum olmamış buna görə də polis orqanına məlumat verməmişdir. xx xxxxxx 2021-ci il tarixdə, saat 21 radələrində marketdə olan zaman həmin şəxsin yenidən marketə daxil olduğunu görmüş və onu şübhələndirmədən hərəkətlərini izləməyə başlamışdır. Həmin şəxs növbəti dəfə iki şüşə araq oğurlamaq istəyən zaman onu saxlamış və bu barədə dərhal polis orqanına məlumat vermişdir. Sonradan bilmişdir ki, onun mağazasından oğurluq edən xx.xx.1994-cü il təvəllüdlü Şəxsdur və Şəxs ümumi dəyəri 100 (yüz) manat təşkil edən müxtəli növ araqları oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X3 məhkəmə iclasında bildirdi ki, X4, xx.xx.2021-ci il tarixdə saat 21:07 radələrində DİN-nin 102 xidmətinə məlumat verərək və ərizə ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək, həmin tarixdə, saat 21 radələrində müdir işlədiyi ünvan 3 ünvanında yerləşən “OBA” marketdə olan zaman bir nəfər şəxsin iki şüşə araq oğurlamaq istəyərkən onun tərəfindən saxlandığını və həmin şəxsin müxtəlif vaxtlarda mağazadan ümumi dəyəri 100 (yüz) manat təşkil edən müxtəlif adda araqlar oğurlandığını bildirmişdir. Buna görə o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2021-ci il, saat 21:30dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il, saat 21:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar