Məhkəmə qərarları › İş №3(007)-830/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-830/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-830/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, Protokol tərtib etmiş şəxs,Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin rəis müavini X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Vəkil2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu,B.Nuriyev küçəsi ev 79, mənzil 125-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6737/2014 saylı, 25.12.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay sabit pul məbləğində 200 manat alimentin alınaraq Zərərçəkmiş şəxs və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1638/2015 saylı, 06.05.2015ci il tarixli icra vərəqəsinə əsasən Şəxs icra sənədində göstərilən əmlaklar və ya onların dəyərinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin rəis müavini X5 məhkəmədə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1638/2015 saylı, 06.05.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən ərazi aidiyyatı üzrə göndərilərək 06.01.2016-ci il tarixdə Nizami rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla şöbənin sabiq əməkdaşı, icra məmuru F.İsmayılov tərəfindən icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş icra sənədi üzrə borclu Şəxs faktiki yaşadığı ünvan 1 ünvanına göndərilmişdir.Borclu Şəxs, ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbləri yerinə yetirməmiş və bu barədə şöbəyə heç bir üzrlü səbəb təqdim etməmişdir.Borclu Şəxs 01.02.2016-cı il tarixdə şöbəyə dəvət edilərək izahatı alınmış və o, izahatında icra sənədində qeyd olunan əmlakların Kürdəmir rayonunda saxlandığını bildirmişdir. Borclu Şəxs faktiki yaşadığı, ünvan 1 ünvanına 02.02.2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərək icra sənədində qeyd olunan əmlaklar aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-l638 /2015 saylı, 06.05.2015-ci il tarixli icra sənədi, “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 24.1.2-ci maddəsinə əsasən, icra olunması üçün 29.02.2016-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.Borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, müəyyən olunmuş müddətdə borc üzrə icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən, barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün Kürdəmir rayon məhkəməsinə təqdim olunmuşdur.Kürdəmir rayon məhkəməsinin 24 may 2016-cı il tarixli , 3(041)-181 /2016 saylı “İnzibati tənbeh tətbiq etmə haqqında” qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinmiş və borclunun barəsində 5 (beş) gün müddətinə inzibati həbs tədbiq edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1638/2015 saylı, 06.05.2015-ci il tarixli icra sənədi, icra tədbirlərini davam etdirilməsi üçün Kürdəmir rayon icra şöbəsi tərəfindən ərazi aidiyyatı üzrə göndərilərək 14.06.2016-cı il tarixdə təkrarən şöbənin icraatına daxil olmuşdur. Borclu Şəxs izahatının alınması və icra sənədində göstərilən tələblərin icrası ilə bağlı yeni müddətin təyin edilməsi üçün şöbəyə dəvət edilməsinə baxmayaraq, icra məmurunun çağırışlarına gəlməmişdir.Borclunun atası X9 09.07.2016-cı il tarixdə şöbəyə gələrək icra sənədində göstərilən əmlakların bir qismini gətirdiyini bildirmişdir.Bununla bağlı tələbkar Zərərçəkmiş şəxs şöbəyə dəvət edilmiş və icra sənədi üzrə 1. lədəd “ Pakson” aş qazanı- 190 manat dəyərində, 1 ədəd “ Pakson” aş qazanı- 55 manat dəyərində,1 ədəd bokal (Çexiya isehsalı),2 ədəd ləpə qabı ( Lebed),6 ədəd furjer,2 ədəd xrustal konfet qabı,6 ədəd furjer Çexiya istehsalı- 80 manat,Onkoloji kitab 2 hissə,Onkoloji protollar,Onkoloji Radioloji kitab,

11. Mamaqrafı atlasları, Abdominal onkologiya,1 ədəd “Evelina” postel dəsti,12 ədəd krujiva dəst,lədəd atlas tiqrovıy yataq dəsti,1 ədəd stol üstü süfrə (əl işi),24 ədəd xrustal çay stakan,2 ədəd xrustal gül vazası,6 ədəd bokal fuje,12 ədəd çaşka nəlbəki,Mətbəx üçün ədviyyat qabları ( ağ rəngdə),2 ədəd “Natasha” şirniyyat qabı,6 ədəd xrustal bokal,1 ədəd oval podnos (gümüş),1 ədəd universitet vinetkası,3 ədəd üz dəsmalı,2 ədəd can dəsmalı,1 ədəd kətan süfrə,2 ədəd “ Tac” yataq dəsti,1 ədəd ağ yataq dəsti,2 ədəd çay dəsmalı. Qeyd olunan əmlaklar tələbkar Zərərçəkmiş şəxs qaytarmış və bu barədə müvafiq akt tərtib edilmişdir.Borclu Şəxs atası X9 11.07.2016-cı il tarixdə şöbəyə yenidən gələrək, icra sənədi üzrə 1 ədəd “ Limunare” tort qabı -50 manat dəyərində,1 ədəd aşsüzən-30 manat dəyərində, 3 ədədli qazan dəsti -75 manat dəyərində,1 ədəd “ Arshia” bıçaq dəsti - 110 manat dəyərində, 2 ədəd “ Milixor” qənd qabı- 120 manat dəyərində,2 ədəd xrustal konfet qabı- 50 manat dəyərində,2 ədəd “Serving Troy” Milixor konfet qabı- 25 manat dəyərində,2 ədəd “ Madonna” tort boşqabı - 40 manat dəyərində, 1 ədəd uşaq üçün sintifon yastıq- 25 manat dəyərində əmlakları tələbkar Zərərçəkmiş şəxs qaytarmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Sonrakı müddət ərzində borclu Şəxs 29.07.2016-cı il tarixdə şöbəyə gələrək icra sənədində göstərilən əmlakların bir hissəsinin onda olmadığını bildirərək 2dəst 1 nəfərlik yorğan - 200 manat, 1 ədəd “VERSACE” pokrıval - 70 manat, “Pakson” qazan dəsti - 280 manat, 1 ədəd “ Tefal” ətçəkən kombayn - 100 manat, “Pakson” çaynik dəsti - 100 manat, 1 ədəd sokçəkən “İKEA” - 60 manat, 6 ədəd “Madonna” nəlbəki (çexiya) - 60manat, lədəd “Milixor” kofe dəsti - 60 manat, lədəd “Milixor” tort dəsti - 20 manat, lədəd “Milixor” şəkər dəsti - 45 manat, ədəd “Milixor” duz qabı – 30, lədəd “Milixor” qaşıq dəsti - 30 manat, 12 ədəd “Cobalt” nəlbəki -50 manat, 6 ədəd “RC” bokal (çexiya) - 85 manat, 6ədəd xrustal bokal (slovajiya) - 80 manat, 2 ədəd “Bogema” vaza - 60 manat, 2 ədəd “MCA” vision qaşıq - 60 manat, 1 ədəd qızılı vaza (çexiya) - 40 manat, 1 ədəd “Siren” bogema qrafni bokal - 65 manat, 1 ədəd əl işi yataq dəsmanlı - 45 manat, 24 ədəd gümüş çay qaşığı - 160 manat, 12 ədəd “Madonna” xırda nəlbəki - 80 manat, 12 ədəd xrustal mət qabı (çexiya) - 70 manat, 6 ədəd “Simon” çəngəl - 20 manat, 1 ədəd qutu yataq dəsti - 50 manat, 1 ədəd mikser - 40 manat, 1 ədəd sintifon yastıq - 25 manat, 6 güllü çaynik dəsti - 35 manat dəyərində 28 ədəd əmlaklarının ümümi dəyərini təşkil edən - 2000 manat pul vəsaitini nağd şəkildə tələbkar Zərərçəkmiş şəxs ödəmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclu Şəxs 04.08.2016-cı il tarixdə şöbəyə təkrarən gələrək icra sənədi üzrə “Süfrə qaşıq dəsti” - 60 manat, 2 ədəd aş qaşığı- 30 manat, 6 ədəd xörək qaşığı- 24 manat, 24 ədəd çəngəl- 48 manat, 12 ədəd xrustal mət qabı- 25 manat, 6 ədəd xrustal duz qabı-36 manat, 12 ədəd “Cobalt” çay nəlbəkisi- 50 manat, 2 ədəd xrustal meyvə vazası- 90 manat, 6 ədəd nazik uzun bokal (Çexiya)- 90 manat dəyərində olan 9 ədəd əmlakın ümumi dəyərini təşkil edən 453 manat pul vəsaitini nağd şəkildə tələbkar Zərərçəkmiş şəxs ödəmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur.Borclu Şəxs 24.08.2016-cı il tarixli izahatında icra sənədində qeyd olunan diplom və digər sənədlərin onda olmadığını bildirərək, həmin sənədlərin dublikatlarının çıxarılması üçün tələbkar Zərərçəkmiş şəxsnm çəkəcəyi xərcləri ödəməyə hazır olduğunu bildirmiş və ya bu barədə ona tələbkarın adından etibarnamənin verilməsini xahiş etmişdir. Lakin tələbkar Zərərçəkmiş şəxs şifahi qaydada bununla razı olmadığını, yalnız sənədlərin əslini tələb etdiyini bildirmişdir.Sonrakı müddət ərzində borclu Şəxs icra məmurunun qanuni çağırışları ilə şöbəyə gəlməkdən yayındığına görə “borclunun məcburi qətirilməsi barədə” qərar icra məmuru tərəfindən qəbul olunaraq, baxılması üçün təqdimatla Nizami rayon məhkəməsinə təqdim olunmuşdur.Bakı şəhəri, Nizami rayon məhkəməsinin 8(007)- 2125/2016 saylı, 28.10.2016-cı il tarixli qərardadı ilə borclu Şəxs Bakı şəhəri, Nizami rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.Lakin Bakı Apellyasiya Məhkəməsinin 8(103)-748/2016 saylı qərardadı ilə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 8(007)-2125/2016 saylı, 28.10.2016-cı il tarixli qərardadı ləğv edilmişdir.Borclu Şəxs icra sənədində göstərilən tələblərin düzgün və vaxtında icrasını təmin etmədiyindən, barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimat 28.11.2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinə təqdim olunmuşdur.Bakı şəhəri, Nizami rayon məhkəməsinin 13.12.2016-cı il tarixli, 8(007)-2503/2016 saylı qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.Bakı şəhəri, Nizami rayon məhkəməsinin 13.12.2016-cı il tarixli, 8(007)-2503/2016 saylı qərardadından borclu Şəxs tərəfindən verilmiş apellyasiya və kasassiya şikayətləri təmin edilməmişdir.Borclu Şəxs ölkədən getmək hüququ 31.03.2017ci il tarixdə müvəqqəti məhdudlaşdırılmışdır.Borclu Şəxs icra sənədində göstərilən tələblərin düzgün və vaxtında icrasını təmin etmədiyindən, barəsində “borclunun əmlakının axtarılması haqqında” qərar 05.04.2017-ci il tarixdə qəbul olunaraq icra olunması üçün aidiyyatı dövlət və bank təşkilatlarına göndərilmişdir. Lakin borclunun mülkiyyətində tələbin yönəldiləbiləcək heç bir pul vəsaiti və daşınar-daşınmaz əmlak aşkar edilməmişdir.Borclu Şəxs, X7 ilə birgə nikahda olduqları müəyyən edilmiş və birgə nikah dövründə əldə olunmuş əmlakları aşkar etmək məqsədi ilə, borclunun arvadı F.Kərimovanın əmlakının axtarılması istiqamətində keçirilmiş icra tədbirləri nəticə verməmişdir. X3 adına (birgə nikah dövründə) heç bir pul vəsaiti və daşmar-daşmmaz əmlak aşkar olunmamışdır.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1638/2015 saylı 06.05.2015-ci il tarixli icra sənədi üzrə siyahıda göstərilən digər əmlakların bir qismi, borclu Şəxs tərəfindən Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə gətirilərək qaytarılması təklif olunmuş, lakin tələbkar Zərərçəkmiş şəxs həmin əmlakların istifadəyə yararsız olduğunu əsas gətirərək, onların dəyərinin ödənilməsini borcludan tələb etmişdir.İcra qanunvericiliyinin tələblərinə əsasən, icra sənədində göstərilən əmlakların istifadəyə yararlı olub-olmamasını müəyyən etmək məqsədi ilə icra məmuru F.İsmayılov tərəfindən “mütəxəssisin təyin olunmasına dair” qərar 25.08.2016-cı il tarixdə qəbul ounaraq icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Lakin qərarın icrası ilə bağlı şöbəyə heç bir məlumat verilmədiyindən 28.11.2016-cı il tarixdə “Məhkəmə Ekspertizası Mərkəzinə” xatırlatma məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.12.2016-cı il, 7027 saylı məktubu ilə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən ekspertizanın aparılması üçün müvafiq qərarın, həll edilməli sualların və tədqiqat obyektlərinin təqdim olunması bildirilmişdir.İcra sənədində qeyd olunan tələblərin icrasını qısa müddət ərzində təmin edilməsinin məcburiliyini nəzərə alaraq tərəfindən “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar 13.01.2017-ci il tarixdə icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. 17.01.2017-ci il tarixdə borclu Şəxs ünvanına mütəxəssis ekspertlə gedilmiş, lakin qapını açan olmadığı üçün icranın tarixi 25.01.2017- ci il təxirə salınmışdır. Lakin, icranın yeri və vaxtı barədə borclu Şəxs məlumat verilməsinə baxmayaraq, borclu və ya onun etibarnamə ilə səlahiyyətli nümayəndəsi göstərilən tarixdə icra şöbəsinə gəlməmiş, bu barədə müvafiq akt tərtib olunub icra işinə əlavə olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1638/2015 saylı, 06.05.2015-ci il tarixli icra sənədində göstərilən əmlakların istifadəyə yararlı olub-olmamasını müəyyən edilməsi ilə bağlı növbəti icra hərəkətləri 10 fevral 2017ci il, saat 15:00-a təyin olunmuşdur. 10.02.2017-ci il tarixdə borclu Şəxs ünvanına mütəxəssis ekspertlə gedilmiş, lakin yenə də qapını açan olmamışdır.Borclu Şəxs xahişi ilə icra sənədində göstərilən əmlakların istifadəyə yararlı olub-olmamasını müəyyən edilməsi ilə bağlı növbəti icra hərəkətləri 07.03.2017- ci il 11:00-a təyin olunmuşdur. Həmin tarixdə borclu Şəxs şöbəyə gələrək icra sənədi üzrə siyahıya əlavə olunmuş əmlakların saxlandığı ünvanı bildirmiş və həmin ünvanda əmlakların mövcud vəziyyətinə ekspertlə birlikdə baxış keçirilmişdir.İcra sənədində qeyd olunan əmlakların istifadəyə yararlı olubolmaması barədə ekspert rəyinin təqdim olunması üçün 28.03.2017-ci il və 20.04.2017-ci il tarixlərdə "xxxx" MMC-yə xatırlatma məktubu göndərilmişdir."xxxx" MMC-nin təqdim etdiyi əmlakların istifadəyə yararlı olub-olmaması barədə ekspert rəyi 17.05.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə təqdim olunmuş və həmin gün məlumat üçün tərəflərə göndərilmişdir.Sonrakı müddət ərzində tələbkar Zərərçəkmiş şəxs 03.06.2017-ci il tarixdə şöbəyə gələrək 2 ədəd novloçka-50 azn,2 ədəd çəhrayı yataq dəsti-70 azn,1 ədəd qazan ağzı-12 azn,Monorob bənövşəyi qazan dəsti-80 azn,1 ədəd tefal tava-37 azn,1 ədəd göy rəngli cobalt piroq qabı-24 azn,1 ədəd milixor çəngəl-20 azn,1 ədəd cobalt göyrəng qab-35 azn,2 ədəd uşaq vannası-25 azn,1 ədəd uşaq arabası- 40 azn,dəst cobalt göy rəng qab-35 azn,1 ədəd luminarc qrafın bolcal dəsti-70 azn,Gecə dəsti-25 azn,dəst novloçka uşaq üçün Türkiyə istehsalı-70 azn, tac süfrə-40 azn, Paşabahçe şüşə tort qabı-50 azn,17.Arişha bıçaq dəsti-30 azn,cüt dəri tufli-35 azn,yaşıl rəngli don-70 azn, ağ rəngli çanta aksesuar-47 azn,sadə güllü kasa-30 azn,1 ədəd ağ rəngli dəri çanta-50 azn 22 ədəd əmlakın ümumi dəyərini təşkil edən 935 manat pul vəsaitini nağd şəkildə tələbkar Zərərçəkmiş şəxs ödənildiyini bildirmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur.Borclu Şəxs "xxxx" MMC-nin təqdim etdiyi əmlakların istifadəyə yararlı olub-olmaması barədə 17.05.2017-ci il tarixli ekspert rəyinin ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-4685/2017 saylı 18.09.2017ci il tarixli qətnaməsi ilə borclu Şəxs cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi tələbi” nə dair iddiası təmin edilməmişdir.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-4685/2017 saylı 18.09.2017-ci il tarixli qətnaməsindən Şəxs tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmçinin borclu Şəxs 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2-( 103)- 1638/2015 nömrəli, 06.05.2015-ci il tarixli icra vərəqinə əsasən Nizami rayon icra və probasiya şöbəsinə tələbkar Zərərçəkmiş şəxs məxsus əmlakların qaytarılması tələbinə dair icra işi üzrə əmlakların tələbkara verilməsi, tələbkar Zərərçəkmiş şəxs üzərinə hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27.06.2018-ci il tarixli, 2-1 (82)-2302/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27.06.2018-ci il tarixli, 2-1(82)- 2302/2018 saylı qərardadından borclu Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.Sonrakı müddət ərzində borclu Şəxs 18.09.2018-ci il tarixdə şöbəyə dəvət edilərək, izahatı alınmış və icra sənədində göstərilən tələbləri düzgün və vaxtında icra etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri nizami rayon Məhkəməsinə təqdim olunmuşdur.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)- 1382/2018 saylı, 18.09.2018-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 528.1 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmiş, həmin qərardaddan verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir.24.09.2019-cu il tarixdə borclu Şəxs barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə təqdim olunmuşdur.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-1449/2019 saylı, 24.09.2019-cu il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.Tələbkar Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-1449/2019 saylı, 24.09.2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)- 1449/2019 saylı, 24.09.2019-cu il tarixli qərardadı ləğv edilərək, yenidən baxılması üçün Bakı şəhəri Nizam irayon məhkəməsinə göndərilmişdir.Borclu Şəxs tərəfindən icra sənədində qeyd olunan bir neçə əmlakın 1410 manat məbləğində ödəniş tələbkar Zərərçəkmiş şəxs verilmiş və bu barədə 21.01.2020-cı il tarixdə müvafiq akt tərtib olunmuşdur.Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs təhvil vermədiyi əmlaklar və ya onların dəyəri 18586 manat təşkil edir.Bakı şəhəri Nizami rayon məhkəməsinin 21.01.2020-ci il tarixli qərarı ilə borclu Şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur.Bakı şəhəri Nizami rayon məhkəməsinin 21.01.2020-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış borclu Şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin 3(103)-641/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ilə borclu Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair 21 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 24 sentyabr 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən verilmiş şikayətə münasibətdə xitam verilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6737 saylı, 25.12.2014-cü il tarixli qətnaməsi ilə Şəxs tərəflərin birgə nikahından olan övladı 23.03.2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul şəklində 200 manat müəyyən edilməklə tutulması və iddiaçı X6 ödənilməsi qərara alınmışdır.Qətnamə üzrə verilmiş icra sənədi 24.08.2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir.Görülmüş icra tədbirləri nəticəsində, borlu Şəxs tərəfindən 03.02.2020-ci il tarixədək aliment üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirilməsi təmin edilmişdir.Lakin sonrakı müddət ərzində, borclu Şəxs tərəfindən aliment öhdəlikləri üzrə ödənişlər vaxtı-vaxtmda ödəməmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6737 saylı, 25.12.2014-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2200 manat məbləğində aliment borcu yaranmışdır.Borclu Şəxs tərəfindən, 600 manat məbləğində aliment üzrə sonuncu ödənişlər, 16 fevral 2021-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs təqdim etdiyi bank hesabına köçürülmüşdür.Borclu Şəxs faktiki yaşayış yerini dəyişmiş və bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə məlumat verməmişdir.Borclu Şəxs axtarılması ilə bağlı qərar qəbul olunaraq, icra olunması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir.Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən, borclu Şəxs barəsində, 17.01.2022-ci il tarixdə, A/İ 80047 saylı axtarış işi açılmışdır.Görülmüş əməliyyat-axtarış tədbirləri nəticəsində, borclu Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 06 aprel 2022-ci il tarixdə şöbəyə təhvil verilmişdir.İcra sənədlərində göstərilən tələblərin yerinə yetirilməməsi ilə bağlı borclu izahat verməkdən imtina etmiş və bu barədə 06.04.2022-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. İcra sənədində göstərilən tələbləri düzgün və vaxtında icra etmədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətallar məcəlləsinin 528.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri nizami rayon Məhkəməsinə təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alıb qanunvericiliyin tələbinə uyğun olaraq Şəxs barəsində ciddi cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, icra şöbəsinin rəis müavinin dediklərini təsdiq edir. Borclu ona məxsus əmlakların bir hissəsini qaytarmış, digər bir hissəsinin əvəzinin ödəmiş, lakin qalan əmlakları və ya onun dəyərinin ödəməkdən yayınmağa çalışmışdır. Ona aid olmayan əşyaları təqdim etmiş, təhvil almasını tələb etmişdir. O, illər boyu sürünüb yollarda qalmışdır ki, əmlakları qaytarılsın lakin,borclu onu ələ salmağa çalışmışdır. Əşyalar bir kənara, onun illər boyun əziyyət çəkib təhsil alıb bitirdiyi təhsil müəssisəsi tərəfindən verilən diplomu və bəzi digər sənədlərini almış onları da, qaytarmamışdır. O, dəfələrlə borcludan tələb etmişdir ki, sənədləri qaytar, özünə bir iş tapıb işləyə bilsin, övladını və özünü dolandırsın. O, övladı ilə birlikdə qazi olan qardaşına sığınmışdır, onun əlinə baxır, borclu isə yenidən ailə qurub öz həyatını xoş sürur. O, hətta rəis müavininin təklif etdiyi barışığı da qəbul etmiş, bütün əmlakların əvəzində 10000 manat pul alıb, əmlaklardan imtina etməsinə razılaşmışdır, lakin borclu notariusa gəlməmiş sazişi bağlamaqdan imtina etmişdir. Aliment tələbi üzrə də, xeyli borcu yığılmışdır.Onun borclu ilə qərəzliyi yoxdur, ona aid əmlakları qaytarsın və dövlət tərəfindən təyin olunan aliment ödənilsin, o, şikayətini geri götürsün.Bunlar olmadığı halda borclunun barəsində ciddi tədbir görülməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən maddə ilə özünü təqsirli bilməyərək məhkəmədə izahat verərək bildirmişdir ki, o, icra şöbəsinin rəis müavinin dediklərini qismən qəbul edir. Həqiqətən də, əmlaklarla bağlı icra vərəqəsi üzrə o, bir çox əşyanı tələbkara təqdim etmiş, bir çoxunun əvəzində ona ödənişlər etmiş, bununla bağlı aktlar tərtib olunmuşdur. Qalan əmlaklarla bağlı isə o, dəfələrlə icra şöbəsinə həm yazılı həm də şifahi formada müraciət edib,tələbkarın təhvil götürməsini tələb etsə də, həmin əşyalar ondan təhvil alınmamışdır. Buna səbəb isə o,olmuşdur ki, guya onun təqdim etdiyi əmlaklar icra sənədində olan əmlaklarla eynilik təşkil etmir. O, dəfələrlə həmin əşyaları gətirib təqdim etməyə çalışsa da, ondan qəbul edən olmamışdır. Misal üçün icra sənədində göstərilən “Samsunq” tozsoran maşını təqdim etmiş, lakin qarşı tərəf həmin əmlakı istəməmişdir. Onun həmin əmlakları təklif etməsini sübut edən ərizələri hal-hazırda məhkəməyə təqdim edir. Alimetlə bağlı isə onu qeyd etmişdir ki, icra şöbəsinin rəis müavini hal-hazırda qeyd edir ki, guya o, sonuncu ödənişi 600 manatı 2021-ci ildə etmiş, bundan sonra hər hansı bir ödəniş etməmişdir. O, məhkəməyə qəbzlər təqdim etmiş və həmin qəbzlərdən məlum olmuşdur ki, o, 2021-ci ildən bu günə kimi bir neçə dəfə ödəniş etmişdir. Onu da qeyd edir ki, tələbkara aid diplom və digər sənədlər onda olmamış, lakin məhkəmə qətnaməsi ilə onda olduğu göstərildiyi üçün o, tələbkara təklif etmişdir ki, getsin sənədlərini ərizə ilə müraciət edib alsın və bunun üçün bütün rüsumları o, özü ödəyəcəkdir.Buna da, səbəb həmin sənədlərin ona aid olmadığı halda müçraciətindən imtina olması olmuşdur. O, hər hansı bir qərəzçiliyə yol verməmişdir. İcraçının da qeyd etdiyi kimi müəyyən əşlyalar qayratılmış, müəyyən əşyalarının dəyəri qaytarılmış, qalan əşyaları isə qarşı tərəf götürməkdən imtina etmişdir. Sadəcə diplom məsələsi ilə bağlı o, hər hansı bir köməklik göstərə bilməmiş, onun da səbəbini izah etmişdir. Qeyd olunanlara əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil2 bildirmişdir ki, icra materiallarından da, izahatlardan da, göründüyü kimi, Şəxs müəyyən əmlakların özünü qaytarmış, müəyyən əmlakların əvəzində pul ödəmiş,qalan əmlakları isə naturada təklif etsə də, qarşı tərəf götürməkdən imtina etmişdir. Eyni zamanda aliment borcunun olmadığı barədə qəbzlər də təqdim etmişdir.Qalır bir dilpom məsələsi, onun da, dövlət rüsumunu ödəməyə razılıq vermişdir. Belə olan halda Şəxs qərəzli olması öz əksini tapmır. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1638/2015 saylı iş üzrə qətnaməsi 06.05.2015-ci il tarixdə qəbul edilsə də 7 ilə yaxın müddət ərzində həmin qətnamə üzrə icra sənədi tam olaraq icra olunmamışdır.İşin bu halını borclu özü də məhkəmə iclasında verdiyi izahatda etiraf etmişdir. Qeyd olunan qətnamənin məzmunundan belə nəticəyə gəlmək olur ki,əgər əmlak yoxdursa və ya tələbkar qeyd olunan əmlakı müəyyən səbəblərə (köhnəlmə, sınma, dəyişdirilmə və s) görə qəbul etmirsə onda həmin əmlakın qətnamə ilə müəyyən olunmuş dəyəri ödənilməlidir. Lakin borclu qalıq əmlakların dəyəri olan 18586 manatı ödəməkdən imtina etmişdir. Əmlakın ümumi olaraq 10000 manat dəyərləndirilməsi və borclu tərəfindən ödənilməsi barədə barışıq sazişi bağlamaq tələbkarın təklifini də qəbul etməmişdir. Bundan başqa,məhkəmə borclunun aliment üzrə 2200 manat borcunun olması barədə icra məmurunun verdiyi arayışı da nəzərə alır. Göründüyü kimi,borclu qeyd olunan icra sənədlərini qərəzli olaraq tam və vaxtında icra etməmişdir. Belə ki,borclu həmin icra sənədlərini maddi vəziyyətinin ağır olması səbəbindən icra edə bilmədiyini bildirməmişdirMəhkəmə belə nəticəyə gəlir ki, borclu öz hərəkətləri ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından yayınmışdır İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin həmin Qərara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Bununla yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması halından başqa azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq,onun barəsində müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu səbəbdən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 13 aprel 2022-ci il saat 11:00-dan hesablansın. Şəxs saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlama məntəqəsinə verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Vəkil2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 30 manat məbləğində pul Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********) köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar