Məhkəmə qərarları › İş №3(007)-831/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-831/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-831/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sahə inspektoru Rövşən Adilovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxx” MMC-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2021-ci il tarixdə,saat 18:00 radələrində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri NZS qəsəbəsi Yavər Səfərov küçəsində yerləşən “Al Market” də qoruyucu tibbi maskadan istifadə etmədiyi üçün PPX əməkdaşları ona yaxınlaşaraq qoruyucu maskadan istifadə etməməyin inzibati məsuliyyət yaratdığını bildirmişlər və ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. O, PPX əməkdaşları ilə əsəbi danışaraq heç bir formada karantin rejimi qaydasını pozmadığını bildirmiş və özü haqqında məlumat verməkdən və şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina etmişdir. Həmçinin polis əməkdaşları onun barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək istəyərkən aralarında mübahisə yaranmışdır. Onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Sonda Şəxs törətdiyi inzibati xəta əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sahə inspektoru R.Z.Adilov məhkəmədə göstərdi ki, Şəxs, xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri NZS qəsəbəsi Yavər Səfərov küçəsində yerləşən “Al Market” də sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq qoruyucu tibbi maskadan istifadə etməmişdir. Bu zaman pozulmuş karantin rejimi qaydası ərazidə xidmət aparan PPX əməkdaşları tərəfindən vizual aşkar edilmiş və qayda pozuntusu törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün ona yaxınlaşılmış, inzibati xəta hadisəsi rəsmiləşdirilərkən sonradan adının soyadının Şəxs olduğu məlum olan şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də PPX əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar