Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-835/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, X2, xx xxxx 1973-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, X8 Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından onun nümayəndəsi və vəkilinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxs “xxxx” MMC-nin direktoru X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə X2 nümayəndəsi və vəkili X4, X8 Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında şikayətini müdafiə edərək, bildirdi ki, X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, “xxxx" MMC-nin direktoru X6 barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması üçün X8 Xidmətinin Bakı şəhər İdarəsində xx.xx.2021-ci il tarixinə iclas təyin edilmişdir. X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli MN0647194 saylı qərarı ilə Vidadi Dadaşovun AR İXM nin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 xx xxxxxx 2021-ci il tarixli MN3647194 saylı qərardar narazı qalaraq qeyd edir ki, aşağıda istinad olunanlara əsasən hazırkı inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Belə ki, "xxxx" MMC ilə şikayətçi X7 arasında mövcud olmuş əmək münasibətlərinə xx.xx.2020-ci il tarixində xitam verilmişdir. X9 isə əmək hüququnun pozulması ilə bağlı X8 Xidmətinə xx.xx.2020-ci il tarixində, yəni əmək münasibətlərinə xitam verilməsindən 6 ay sonra müraciət etmişdir. Belə olan halda, qanunvericilikdə nəzərdə tutulan 3 ay müddət bitdiyindən hazırkı inzibati xəta haqqındı işin icraatına xitam verilməlidir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli MN0688040 nömrəli protokol AR İXM-nin 192.6-cı maddəsinə əsasən tərtib edilmişdir. Belə ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xəta "işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsindən" ibarətdir. Lakin, Hikmət İslamov şikayətində onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsi əsasını mübahisələndirməmişdir. Buna görə də o, X8 Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, qəbul edilmiş qərar tam qanuni və ədalətlidir. Hesab edir ki, qərarın ləğv edilməsi əsassızdır və idarənin xətadan məlumatı olduğu andan qanunla müəyyən edilmiş müddətdə qərar qəbul edilmişdir. Buna görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2021ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verildiyi aşkar edilmiş və hüquqi şəxs “xxxx” MMC-nin direktoru X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı, habelə qərardan şikayət vermiş şəxsin izahatlarından və şikayət ərizəsindən müəyyən olunur ki, “xxxx” MMC ilə X7 arasında mövcud olmuş əmək müqaviləsinə xx xxx 2020-ci il tarixdə xitam verilmiş, xx xxxxxx 2020-ci il tarixdə isə X7 “xxxx” MMC barəsində X8 Xidmətinin Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göründüyü kimi, “xxxx” MMC ilə X7 arasında mövcud olmuş əmək müqaviləsinə xx xxx 2020-ci il tarixdə xitam verilsə də, qeyd olunan əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi faktı yalnız xx xxxxxx 2020-ci il tarixdə X3 “xxxx” MMC barəsində X8 Xidmətinin Bakı şəhəri İdarəsinə müraciət etməsi zamanı aşkar edilmiş və bununla bağlı xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 nümayəndəsi və vəkili X1 şikayəti təmin edilməsin. X8 Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı dəyişdirilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-835/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-835/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver