Məhkəmə qərarları › İş №3(007)-844/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-844/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-844/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X7 iclas katibliyi ilə, Şikayətçi – X4, protokol tərtib edən şəxs – Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakları ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 16 yanvar 2023-cü il tarixində özünə məxsus Hundai Elantra markalı ** XX *** dövlat nömra nişanlı avtomobillə Bakı şahari Nizami rayonu Qara Qarayev prospektindan Özbakistan küçəsinə doğru dönərkan BDYPnin inspektoıu onu saxla işarəsi verərək avtomobili dayandırmağı tələb etmişdir. Avtomobili dayandırdıqdan sonra inspektor ona yaxınlaşıb özünü təqdim edərək, Azarbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə 60 manat 3 bal cərimə olunacağını bildirmişdir. O, səbəbi soruşduqda, polis əməkdaşı işıqforun qadağanedici işarəsindən sonra hərəkətə davam etdiyini əsas gatirərək, əlindəki bort kompüterdə video görüntü təqdim etmişdir. Görüntüyə baxdıqdan sonra xüsusi texniki avadanlıqlar vasitəsi ilə aşkara çıxarılan qayda pozuntusuna görə sürücüdən avtomobili dayandırmağı tələb etməyin qadağan olduğunu, həmçinin yol hərəkəti qaydalarının tənzimlənməsində istifadə olunan bütün xüsusi texniki avadanlıq vasitələrinin mərkəzi icra hakimiyyəti orqanına inteqrasiya olunmalı olduğunu, vəzifəli şəxsin bilavasitə aşkara çıxarıdığı inzibati xətalarda isə vəzifəli şəxsin protokol tərtib edib baxılması üçün məhkəməyə göndərməli olduğunu bildirmişdir. Bu dialoqdan sonra polis əməkdaşı onun barəsində qərarsız protokol tərtib edərək yanından ayrılmışdır. xx.xx.2023-cü il tarixində özünə məxsus “Asanpay” portalında həmin protokola dair icra qərarı qüvvəyə mindiyinə dair bildiriş, Bakı şəhəri DYPİ-nin çıxardığı xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar düzgün formada rəsmiləşdirilməmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş qərar əsassızdır, düzgün formada rəsmiləşdirilməmişdir. Odur ki, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs – Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 məhkəməyə CD disk təqdim edərək, xx.xx.2023-cü il tarixdə X4 işıqforun qadağanedici işarəsindən sonra hərəkətə davam etdiyi üçün barəsində protokol tərtib olunduğunu, xx.xx.2023-cü il tarixdə isə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən X8 xx.xx.2023-cü il tarixdə, saat 11:39 radələrində “Hyundai Elantra minik markalı” 99XX077 dövlət qeydiyyat nişanlı avtomobillə Özbəkistan küçəsi ilə hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXMin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarında olan və həmçinin sonradan məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, svetoforun yaşıl işığı bir neçə dəfə yanıb-söndükdən sonra, yaşıl işıq sönmüş, bundan dərhal sonra X8 idarə etdiyi “Hyundai Elantra minik markalı” 99XX077 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönərək hərəkətə davam etmişdir. AR DİN Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, X8 həqiqətən də, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəat hadisəsini törətmidir. AR DİN Bakı şəhər DYPİ-nin polis kapitanı X12 tərəfindən yuxarıda qeyd edilən faktlar əsasında qanunauyğun olaraq xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar tərtib edilərək, X8 inzibati qaydada cərimə edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar