Məhkəmə qərarları › İş №3(007)-846/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-846/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-846/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materialdan görünür ki, "xxxx" MMC-nin ünvanına 77NN125/99YN125 nömrəli nəqliyyat vasitəsi ilə gətirilən və **********8636 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair sənədlərin araşdırılması zamanı "xxxx" MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********464 nömrəli qısa idxal bəyannaməsi ilə **********8636 nömrəli gömrük bəyannaməsinin 5 və 33-cü qrafaları arasında uyğunsuzluq aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, 00100-00286/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X2 rəis müavini, gömrük xidməti mayoru Səbinə Həsənova tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin adına xx.xx.2024-cü il tarixdə 77NN125/99YN125 nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********8636 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı "xxxx" MMC tərəfindən həmin mal partiyasına dair əvvəlcədən təqdim edilmiş **********3464 nömrəli qısa idxal bəyannaməsi ilə **********8636 nömrəli gömrük bəyannaməsinin 5 və 33-cü qrafaları arasında uyğunsuzluq aşkar edilmişdir. - Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ABANT KAHVECİSİ" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli, **********8636 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 77NN125/99YN125 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********3464 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətiriİməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********8636 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci qrafasında 10 adda mallar və 33-cü qrafasında malın kodları SAF202400000Q153 nömrəli, xx.xx.2024-cü il tarixli invoysa uyğun qeyd edilmişdir, lakin xx.xx.2024-cü il tarixli **********3464 sorğu nömrəli qısa idxal bəyannaməsinin 5-ci qrafasında 4 adda mallar və 33-cü qrafasında malın kodları SAF**********153 nömrəli, xx.xx.2024-cü il tarixli invoysda göstəriləni ümumiləşdirilərək qeyd edilmişdir. Həmçinin, müəyyən baxış zamanı müəyyən olunmuşdur ki, **********3464 nömrəli qısa idxal bəyannaməsi ilə **********8636 nömrəli gömrük bəyannaməsinin 5 və 33-cü qrafaları arasında uyğunsuzluğa səbəb "xxxx" MMC tərəfindən SAF**********153 nömrəli, 06 09.2024-cü il tarixli invovs sistemə əlavə olunduğu halda **********3464 nömrəli qısa idxal bəyannaməsi həmin invoys üzrə düzgün tərtib olunmamışdır, yəni SAF**********153, nömrəli xx.xx.2024-cü il tarixli invoysda qeyd olunan malları və həmin malların kodlarını tam olaraq düzgün qeyd etməmişdir. - xx.xx.2024-cü il tarixli, NF-61/2024 nömrəli müqavilədən görünür ki, təmsilçi "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmetinə əsasən təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətləri göstərməyi, sifarişçi təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1ci bəndinə əsasən gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə təmsilçinin məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görəfiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin ünvanına nəqliyyat vasitəsilə gələn mallara dair əvvəlcədən təqdim edilmiş **********3464 nömrəli qısa idxal bəyannaməsi ilə **********8636 nömrəli gömrük bəyannaməsinin 5 və 33-cü qrafaları arasında uyğunsuzluq olmuşdur. Məhkəmə hesab edir ki, təmsilçi "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən gömrük sənədlərinin vaxtında və düzgün doldurulması "xxxx" MMC-yə həvalə olunduğundan "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXMnin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar