Məhkəmə qərarları › İş №3(007)-85/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-85/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-85/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 və Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanda yerləşən Şəxs MMC (Xəzər Klinikası) tibb müəssisəsində 23 dekabr 2021-ci il tarixdə saat 10:25-də növbədənkənar (plandankənar) yoxlama zamanı həkimkonsultant (fizioterapevt köməkçisi) X1 keçməməsi aşkarlandığına görə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 21 dekabr 2021-ci il tarixli 491 №-li qərara əsasən, 23 dekabr 2021-ci il tarixdə saat 10:25-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanda yerləşən Şəxs MMC (Xəzər Klinikası) tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama zamanı həkimkonsultant (fizioterapevt köməkçisi) X1 keçmədiyi aşkarlanmışdır. Faktla bağlı 23 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və 23.12.2021-ci il tarixli 466 №-li plandankənar (növbədənkənar) yoxlama aktı tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, 23 dekabr 2021-ci il tarixdə saat 10:25-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanda yerləşən Şəxs MMC (Xəzər Klinikası) tibb müəssisəsində Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilmiş və yoxlama zamanı həkim-konsultant (fizioterapevt köməkçisi) X1 keçməməsi ilə əlaqədar Şəxs MMC-nin barəsində 23 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, qaydalara əsasən həkim-fizioterapevt köməkçisi sertifikasiyadan keçirilmir. Yəni, X2 Şəxs MMC tibb müəssisəsində həkim-fizioterapevt köməkçisi işləməsi üçün müvafiq sertifikasiyadan keçməsi tələb olunmur. Odur ki, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işə əlavə olunmuş 21 dekabr 2021-ci il tarixli 491 №-li qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanda yerləşən Şəxs MMC (Xəzər Klinikası) tibb müəssisəsinin fəaliyyətinin Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlanılması haqqında qərar qəbul edilmişdir. İnzibati işə əlavə olunmuş 23.12.2021-ci il tarixli 466 №-li Aktdan görünür ki, 23.12.2021-ci il tarixdə saat 10:25-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanda yerləşən Şəxs MMC (Xəzər Klinikası) tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama keçirilmişdir. İnzibati işə əlavə olunmuş 23.08.2018-ci il tarixli 15 №-li əmrdən görünür ki, X5 Şəxs MMC-nin X8-Fizoterapevt köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, inzibati işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin edərkən, X2 Şəxs MMC (Xəzər Klinikası) tibb müəssisəsində həkim-fizioterapevt köməkçisi işləməsi üçün müvafiq sertifikasiyadan keçməsinin tələb olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla qanunvericilik sübutetmə yükünü inzibati orqanın üzərinə qoymuş olur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində 23 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar