Məhkəmə qərarları › İş №3(007)-858/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-858/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-858/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 ərizə təqdim edərək Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulan müddət ötürüldüyündən, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinin tələbinə əsasən həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olanqərarlardan və digər sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə bilikdə xx xxxxxx 2020-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 3(007)-194/2020 nömrəli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(103)-635/2020 nömrəli qərarı ilə Şəxs MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək xx xxxxxx 2020-ci il tarixli 3(007)-194/2020 nömrəli qərar ləğv olunmuş və iş yenidən baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli 3(007)-194/2020 nömrəli qərarı ilə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında 3(007)-194/2020 nömrəli işə məhkəmədə baxılaraq, xx xxxx 2020-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir, hansı ki, həmin qərar qüvvədədir, ləğv olunmamışdır. Ona görə həmin protokol əsasında eyni fakt üzrə işə baxıla bilməz, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin məhkəmə iclasında göstərdiyi hal iş üzrə icraata xitam verilməsinin əsası kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, konkret olaraq Şəxs MMC-yə aid eyni fakt üzrə, yəni xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-yə aid eyni fakt xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar