Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-861/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, 26 aprel 2001-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası İXM-nin 514.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 514.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 514.0.2-ci maddəsinin dispozisiyasında bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsi göstərilmişdir. Lakin tərəfindən sözügedən fəaliyyətlərin heç biri həyata keçirilməmişdir. Belə ki, normanın dizpozisiyasına təkrar nəzər salındıqda aydın şəkildə görə bilərik ki, bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə qadağan edilən əşyaların istifadəsinə hərəkətlərin edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 514.0.2-ci maddəsi ilə məsuliyyət müəyyən olunmuşdur. Qeyd etməlidir ki, o, ümumiyyətlə “Bakcell Arena” stadionuna daxil ola bilməmişdir. Polis əməkdaşları onu stadiondan aralı məsafədə saxlayaraq polis orqanının inzibati binasına aparmışdılar. Həmçinin, İXM-nin sözügedən 514-cü maddəsi kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma ilə bağlı olan təqsirə görə tətbiq olunan inzibati məsuliyyət normasıdır. Lakin idman yarışının başlanmasından xeyli müddət əvvəl polis orqanının inzibati binasına gətirilib. Belə olan halda necə ola bilər ki, o, idman yarışının keçirilməsinə mane olsun? Son olaraq bildirmək istəyir ki, dəfələrlə polis şöbəsinə yaxınlaşaraq qərarın surətini istəsə də, hər dəfəsində müxtəlif bəhanələrlə qərarın surətini ona verməkdən qərəzli şəkildə boyun qaçırmışdırlar. Qərarın sürəti xx.xx.2023-cü il tarixdə İcra və Probasiya şöbəsində icra məmuru tərəfindən ona təqdim olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərini müdafiə edib, əlavə olaraq izahatında bildirdi ki, qeyd olunan tarixdə onun üzərində pirotexniki vasitə olmuşdur. Lakin, polis əməkdaşları bölmədə olarkən, ona narahat olmamasını, 50 manat cərimə olunacağını bildirmişlər. O, sonradan bilmişdir ki, onu 50 manat deyil, 500 manat cərimə etmişlər. Şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi vasitəsilə iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Nizami rayonu, “Bakcell Arena” stadionunda keçirilən futbol oyunu zamanı pirotexniki vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 514.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 514.0.2-ci maddəsinə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni: bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun 40- 1.2.4-cü maddəsinə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədi ilə bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə törədə, fiziki və hüquqi şəxslərə maddi ziyan vura, kütləvi idman tədbirlərinin keçirilməsinə maneələr yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələrin buraxılmasına yol verilmir. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, X2 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Bununla da işdə olan sübutlarla Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-861/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-861/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver