Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-868/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 31 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda Zərərçəkmiş şəxs 16 mart 2022-ci il tarixdə “Heydər Əliyev adına X2”un da iş prosesi zamanı nərdivanın əlindən sürüşərək ayağına düşməsi nəticəsində xəsarət alması barədə müracəti üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas İlham Xankişiyev tərəfindən 09 oktyabr 2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X1 və Sanayi ve Ticaret Anonim” Şirkətinin formeni vəzifəsində işləyən Şəxs vəzifə təlimatının 17-ci abzasında göstərilən tabeliyində olan işçisinin təhlükəsiz işləməsinə nəzarət etməli olduğu halda belə nəzarətin həyata keçirilməməsi nəticəsində “Heydər Əliyev adına X2”unda tikilməkdə olan otumerox adlanan ərazisində ayaqaltıların quraşdırılması zamanı həmin şirkətdə taxtapuşçu vəzifəsində işləyən Zərərçəkmiş şəxs əlində olan alminium materialdan olan 4 metr uzunluğundakı nərdivanın onun əlindən sürüşüb düşməsi nəticəsində baldırın iş səthinin geniş həcmli qançırı ilə müşayiət olunan sol baldırın əzilməsinə səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xasərat almışdır. Bununla da, Şəxs Azərbaycan respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən, “X1 ve Sanayi” şirkətində formen vəzifəsində işləyən, xx.xx.1986-cı il tarixdə Qaradağ rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvələr məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, “Mida” sosial evlər, bina 12, mənzil 21-də yaşayan Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan “X1 ve Sanayi” şirkətində taxtapuşu vəzifəsinə işləyən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya vəkili, zərərçəkmiş şəxs, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-tibb ekspertizasının 19 yanvar 2023-cü il tarixli 1196 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş - sol baldırın iç səthinin geniş həcmli qançırı ilə müşayiət olunan sol baldırın əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərinə istinadən demək olar ki, qeyd edilən xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, odur ki, şəxsin əlində olan nərdivanı iş yoldaşına verərkən öz əlindən sol baldırının üzərinə düşməsi nəticəsində alınmasıda istisna olunmur. - Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 10/367 nömrəli rəyindən görünür ki, Heydər Əliyev adına X2unda tikilməkdə olan “otumerox” adlanan ərazisində ayaqaltının qurulması zamanı nərdivanın işçinin ayağına düşməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və “X1 ve Sanayi” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təsdiq edilmiş “(İskele) Briqadirin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə vəzifə təlimatı”ının 17-ci abzasının tələbləri pozulmuşdur. Heydər Əliyev adına X2unda tikilməkdə olan “otumerox” adlanan ərazidə ayaqaltının qurulması zamanı tabeliyində olan işçilərin təhlükəsiz işləmələrinə nəzarət etmədiyinə görə, vəzifə təlimatının 17-ci abzasının tələbləri Şəxs tərəfindən pozulmuşdur. Heydər Əliyev adına X2unda tikilməkdə olan “otumerox” adlanan ərazidə ayaqaltının qurulması işini həyata keçirən taxtapuşçu vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı öz fərdi təhlükəsizliyini qorumadığına görə, tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. - Bakı şəhəri Nizami rayon prokurorluğunun 26 yanvar 2023-cü il tarixli qərarına əsasən toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “X1 və Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının briqadiri Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlər rayon prokuroruna təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-868/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-868/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver