Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-871/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında 07 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun kserosurəti və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən, hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Daxil olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib olunmuş İnzibati xəta haqqında protokolun və digər sənədlərin kserosurətləri baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, Şəxs MMC-nin Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işə İnzibati xəta haqqında protokolun və digər sənədlərin kserosurətləri əsasında baxılmasını mümkün saymır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar kserosurət olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığınagörə Şəxs MMCnin barəsində daxil olmuş inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin kserosurətləri protokolu tərtib etmiş inzibati orqana geri qaytarılmalıdır. Göstərilənləri və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs MMC-nin barəsində tərtib edilmiş 07 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin kserosurəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qaytarılsın. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-871/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-871/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver