Məhkəmə qərarları › İş №3(007)-877/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-877/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-877/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 12 mart 1959-cu il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X2, barəsində Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə səhər saat 06:12-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D massivi ünvanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, barəsində Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş protokoldan xəbərsiz olmuş, protokolu tərtib edən polis əməkdaşını görməmiş, qərarın surətini 29 mart 2022-ci il tarixdə Suraxanı rayon polis idarəsindən əldə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati tənbeh vermə haqqında EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli qərarından verdiyi şikayətə yaşayış yeri üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılması haqqında ərizə vermişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İnzibati işin baxılması vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti inzibati iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyərək qeyd edir ki, inzibati tənbeh vermə haqqında EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli qərardan A.X.Məmmədov tərəfindən verilmiş şikayət rədd edilməlidir. Belə ki, X3 tərəfindən xx.xx.2022-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin qaydalarının pozulması ilə bağlı faktı istisna edən hallar məhkəmə zamanı müəyyən edilməmişdir. Eyni zamanda, A.X.Məmmədovun verdiyi şikayətlə və təqdim etdiyi sənədlərlə faktın təkzib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə təqdim olunmuş sənədlərə əsasən, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-si tərəfindən A.X.Məmmədovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, A.X.Məmmədovun şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, X2 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayət əsassızdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 şikayəti rədd edilsin. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-si tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş EPQ № ******* saylı 05 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar