Məhkəmə qərarları › İş №3(007)-878/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-878/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-878/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Mehdiyeva Günel Tariyel qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 17 mart 2022-ci il tarixli, MN ******* saylı qərarı ilə "xxxx" MMC (bundan sonra - “Cəmiyyət”) rəhbəri-direktoru olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi iddia olunaraq Cəmiyyət baş direktoru olaraq vəzifəli şəxs kimi o, 1700 manat məbləğində şərti olaraq inzibati cərimə edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X4 1 ildən çox iş stajı olmasına baxmayaraq Cəmiyyət adı çəkilən şəxsin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozaraq xitam verilmişdir. Belə ki, X5 ixtisar zamanı 4 həftə gözləmə müddəti əvəzinə 77.4-cü maddə ilə nəzərdə tutulmuş formada ödəniş edilsə də bununla bağlı işçi ilə qarşılıqlı yazılı razılıq olmamışdır. X4 əmək müqaviləsinə 04 noyabr 2021-ci il tarixli, 277/K saylı əmrlə xitam verildiyi halda, bu əməllə bağlı inzibati cərimə haqqında qərar 4 aydan artıq vaxt keçdikdən sonra, 17 mart 2022-ci il tarixdə qəbul edilmişdir. Vüsal Əhmədovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70.b bəndinə əsasən xitam verilmişdir. Bu zaman ona düşən bütün son haqq hesablar ödənilmiş və X12 Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq həm işdən çıxma müavinəti, eyni zamanda da xəbərdarlıq müddəti əvəzinə ƏM ilə nəzərdə tutulmuş miqdarda ödəniş edilmişdir. Vüsal Əhmədov işdən çıxarkən bütün müvafiq sənədlərə qol çəkmişdir. Qeyd edilən hal ilə bağlı Cəmiyyət tərəfindən hər hansı pozuntuya yol verilmiş olsaydı belə ƏƏSMN-yi 25 noyabr 2021-ci il tarixinə artıq bu barədə məlumatlı olmuşdur. X9 ilə gözləmə müddəti əvəzinə ödəniş edilməsi əvəzində işçi ilə razılıq əldə edilmişdir. X8 işdən çıxma günündə 77.4-cü maddə ilə nəzərdə tutulmuş ödəniş edilmişdir. Bununla da işçinin mənafeyində hər hansı pozuntu baş verməmişdir. X10 "xxxx" MMC-dən ixtisar olunduqdan sonra dərhal digər bir müəssisədə əmək fəaliyyətinə başlamışdır. Əhmədov Vüsal əmək müqaviləsi ilə "xxxx" MMC-nin əməkdaşı olmuşdur. "xxxx" MMC-nin hüquqi ünvanı isə Nizami rayonu, Keşlə qəsəbəsi olduğundan iddia olunan pozuntunun baş vermə yeri kimi Cəmiyyətin hüquqi ünvanı qəbul edilməlidir. Bu səbəbdən hesab edirlər ki, iş üzrə məhkəmə aidiyyəti Nizami rayonu ərazisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 17 mart 2022-ci il tarixli, MN ******* saylı qərarı poçt vasitəsi ilə 28.03.2022-ci ildə çatdırılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Cəmiyyət barəsində 17 mart 2022-ci il tarixli, MN ******* saylı qərarla tətbiq edilməsi nəzərdə tutulan inzibati cərimə qanunla müəyyənləşdirilmiş müddət ötürülməklə verilməsinə görə barəsində şikayət olunan qərar ləğv olunmalıdır. 04.05.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, vətəndaş X4 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə daxil olmuşdur. Həmin müraciət əsasında araşdırma aparılmış, 25.11.2021-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edərək sənədlər tələb edilmişdir. Onların məktubuna "xxxx" MMC tərəfindən 03.02.2022-ci il tarixdə cavab verilmişdir. Təqdim olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, X9 ilə bağlanmış əmək müqaviləsi 04.11.2021-ci il tarixdə ştat ixtisarı əsası ilə ləğv edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X9 ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq işçinin bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Təqdim olunan sənədlərdən görünür ki, X5 03.11.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş, 04.11.2021-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq "xxxx" MMC-nin direktoru X1 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 17.03.2022-ci il tarixli qərar qəbul edilmiş və 20 gün müddətində Vüsal Əhmədovun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək işinə geri qaytarılmasını təmin edib nəticəsi barədə X7 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. İnzibati xəta bu günə kimi aradan qaldırılmamışdır. İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xəta uzanan inzibati xətadır və inzibati xətanın hüquqi nəticələri aradan qaldırılmamışdır. İnzibati xəta aşkar olunandan sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qəbul edilmiş qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə proseslərində iştirakı mümkün olmadığından işə təqdim olunmuş sübutlar əsasında onun iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə X2 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 25.11.2021-ci il tarixli, **********3 nömrəli məktubun surətindən görünür ki, vətəndaş X4 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30.09.2015-ci il tarixli Qanununun 7-ci maddəsi 7.9-cu bəndinə uyğun olaraq X5 aid olan sənədlərin surətlərinin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə və ya elektron poçt ünvanına təqdim olunması "xxxx" MMC-nin rəhbərliyindən xahiş olunmuşdur. - "xxxx" MMC tərəfindən X5 ünvanlanmış 03.11.2021-ci il tarixli, İR-393662 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, V.A.Əhmədov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdar edilmişdir ki, Biznes İnkişafı üzrə Direktorluq, Qastronom və dondurulmuş məhsullar üzrə Biznes İnkişaf Departamentinin iş həcminin azalması səbəbindən işçi sayı azaldılacaqdır və tutduğu vəzifə 4 təqvim həftəsi bitdikdə ixtisar ediləcəkdir. Hal-hazırda mövcud vakansiyalar dəyərləndirilmiş, lakin ona uyğun vakansiyanın olmadığı müəyyənləşdirilmişdir. Bu səbəbdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə əsasən müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. - "xxxx" MMC-nin baş direktoru M.N.Süleymanlı tərəfindən verilmiş 04.11.2021-ci il tarixli, 277/K nömrəli əmrin surətindən görünür ki, X4 – Cəmiyyətin Marka müdiri vəzifəsində çalışan işçinin əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilmişdir. - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 03.02.2022ci il tarixli, İR-407827 nömrəli məktubun surətindən görünür ki, X7 Xidmətinin Bakı şəhər İdarəsinin 25.11.2021-ci il tarixli, **********3 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, X9 ilə 12.05.2020-ci ildə əmək müqaviləsi bağlanmış və Marka müdiri kimi işə götürülmüşdür. X9 ilə bağlanmış 12.05.2020-ci il tarixli əmək müqaviləsinə 04.11.2021-ci il tarixdə qanunvericiliyin tələbləri gözlənilməklə ştat ixtisarı əsası ilə xitam verilmişdir. Əməkdaş əmək qanunvericiliyinin 77-ci maddəsinə əsasən ixtisarla bağlı xəbərdarlıq məktubu ilə 03.11.2021-ci il tarixdə tanış edilmişdir. İşçi işdən çıxan günü onun son haqq hesabı tam olaraq hesablanmış (cari ayda iş günü, istifadə olunmayan məzuniyyət günləri və işdən çıxarılma müavinəti, xəbərdarlıq mqddəti əvəzi), ödəniş edilmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin baş direktoru X2 ilə “İşçi” X9 arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla ləğv edilmişdir. X9 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. X4 ərizəsi X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmış və X9 ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin tələbləri pozulmaqla ləğv edilməsi müəyyən olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə görə X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş və X2 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, işəgötürən "xxxx" MMC-nin vəzifəli şəxsi işçi X9 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərini pozmaqla xitam vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materiallarından görünür ki, 1 ildən çox əmək stajı olan X5 03.11.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti gözlənilmədən "xxxx" MMC-nin baş direktoru M.N.Süleymanlı tərəfindən 04.11.2021-ci il tarixdə V.A.Əhmədovla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin baş direktoru X1 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X2 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar