Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-878/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, qərardan şikayət vermiş X3 etibarnamə üzrə nümayəndəsi X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə barəsində İnzibati Xəta haqqında MN-1762672 saylı protokol tərtib etmiş, həmin protokol əsasında 23 may 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edərək o, İnzibati Xətalar Məcəlləsinin 233.1-ci, 237.1-ci maddəsində əsasən təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində tərtib edilən xx.xx.2023-cü il tarixdə İnzibati Xəta haqqında MN-1762672 saylı protokol, həmin protokol əsasında 23 may 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Qərarda ünvan 1 ünvanda Həkəri, restoranının fəaliyyəti zamanı təmizləyici qurğunun quraşdırılması və atmasferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması bildirilir. Onun icarə əsasında işlətdiyi X13 Mirzəyev küçəsi, 1D ünvanında yerləşir. Protokolda göstərilir ki, o, izahat verməkdən imtina etmişdir. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşlarını görəmiş, kimsə ona yaxınlaşıb protokol tərtib etməmişdir. Onun heç nədən xəbəri olmamışdır və o, heç bir İnzibati tənbeh vermə aqqında (Protokol) qərara imza etməmişdir. Qərarla 25 yanvar 2024-cü il tarixdə Nizami rayon İcra şöbəsinin əməkdaşı onu məlumatlandırmışdır. O, 29 yanvar 2024-cü il tarixdə rəsmi ərizə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə müraciyət etmişdir. 02 fevral 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixdə barəsində İnzibati Xəta haqqında MN-1762672 saylı protokol həmin protokol əsasında 23 may 2023-cü il tarixli MN ******* saylı İnzibati, tənbeh vermə haqqında qərarı almışdır. Ona bildirmişlər ki, Qəbul edilmiş qərarın surəti ünvan 3 Həkəri Restoranına göndərilmişdir. Belə ki, o, ünvan 2 ünvanda yerləşən Həkəri Restoranını icarə götürərək işlədib ailəsinə çörək pulu qazanır. Nizami rayon B.Çobanzadə küçəsi, 53/4 Həkəri Restoranının ona heç bir aidiyyəti yoxdur. O, heç bir sənədə imza etməmiş, heçnədən xəbəri olmamışdır. Bununla Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbiisərvətlər idarəsinin əməkdaşları tərəfindən barəsində saxta tərtib edilən İnzibati Xəta haqqında protokol və İnzibati tənbeh vermə haqqında saxta qərar qəbul edərək onun bir vətandaş kimi Azərbaycan Respublikasının Qanunları ilə nəzərdə tutulan hüquqlarını pozublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşlarının bu cür hərəkətləri heç bir qanuna sığmır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixdə barəmdə İnzibati Xəta haqqında MN-1762672 saylı protokol, həmin protokol əsasında 23 may 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar Nizami rayon İcra şöbəsi tərəfindən çağırılarkən onun xəbəri olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşları ona 2500 (iki min beş yüz) manat cərimə yazıblar. Buna görə də həmin protokol əsasında qəbul edilmiş qərardan şikayət verərək onun ləğv edilməsini istəyir. Bu səbəbdən hesab edir ki, hazırki iş üzrə təqsirkar deyil, o, heç bir inzibati xəta hadisəsi törətməmiş, onun icarə əsasında işlətdiyi X12 rayon B. Çobanzadə küçəsi, 53/4 ünvanda deyil, ünvan 4ətdiyi Həkəri Restoranında heç bir qanun pozuntusuna yol verməmişdir. Tam qanunu əsaslarla işləyir. Odur ki, xx.xx.2023-cü il tarixdə barəsində İnzibati Xəta haqqında MN-1762672 saylı protokol, həmin protokol əsasında 23 may 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə qərarın ləğv edilməli, barəsində olan 2500 manat məbləğində cərimə silinməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixdə barəsində İnzibati Xəta haqqında MN- ******* saylı protokol, həmin protokol əsasında 23 may 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi X10 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərtib olunmuş protokol və qərardan məlumatsız olmuş, həmçinin qeyd olunan ünvanda yerləşən “Həkəri” restoranının ona və barəsində protokol tərtib olunan şəxsə aidiyyatı yoxdur. Belə ki, “Həkəri” restoranının B.Çobanzadə ünvanında yerləşməsi qeyd olunmuş, lakin onun icarə əsasında işlətdiyi “Həkəri restoranı Ş.Mirzəyev küçəsində yerləşir. Bildirdi ki, Ş.Mirzəyev küçəsində yerləşən “Həkəri” restoranında hər hansısa yoxlama aparılmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, “Həkəri” restoranında keçirilən monitorinq nəticəsində atmosfer havasına atılan zərərli maddələrin yol verilə bilən normadan artıq olmasını bildirmişdir. Həmçinin atmosferə atılan zərərli maddələrinin həddini ölçən cihazın xüsusi yoxlamadan keçdiyini təsdiq edən kalibrləmə sertifikatını məhkəməyə təqdim edərək, ölçmənin qanunla müəyyən olunmuş qaydada dəqiq aparıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X11 çıxış edərək bildirdi ki, qeyd olunan restoran hər iki küçənin kəsişməsində yerləşdiyindən internet resurslarında da “Həkəri” restoranının ünvanı həm B.Çobanzadə, həmçinin Şirin Mirzəyev qeyd olunur. Lakin müvafiq araşdırma və yoxlama onun tərəfindən aparılmış, araşdırma aparılan zaman X10 da orada olmuş, protokolun tərtib olunmasından məlumatlı olmuşdur. Bildirdiklərini təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş OMS K 07882 saylı kalibrləmə sertifikatına əsasən atmosferə atılan zərərli maddələrin həddini ölçən qaz analizatoru Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 İdarəsinin sifarişi əsasında sonuncu dəfə xx.xx.2022-ci il tarixdə kalibrləmədən keçmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş fotoşəkillərə baxış keçirilən zaman qeyd olunan “Həkəri” restoranında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlama və araşdırma aparılması sübut olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-878/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-878/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver