Məhkəmə qərarları › İş №3(007)-880/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-880/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-880/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 06 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu,B.Çobanzadə, M.Gəncəvi, İ.ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixində Şəxs MMC-yə məxsus aptek müəssisəsində əczaçılıq ixtisasına malik işçinin olmadığı aşkar olunduğuna görə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 16 mart 2022-ci il tarixli 143 №-li qərara əsasən, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu,B.Çobanzadə, M.Gəncəvi, İ.ünvan 1 ünvanında yerləşən əczaçılıq müəssisəsinin fəaliyyəti yoxlanılarkən Şəxs MMC-yə məxsus aptek müəssisəsindəki işçinin əczaçılıq ixtisasına malik olmadığı aşkar olunmuşdur. Faktla bağlı 06 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli 132 №-li yoxlama aktı tərtib olunmuşdur. İnzibati işin baxılması vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati işin baxılmasında iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, inzibati işə əlavə olunmuş 16 mart 2022-ci il tarixli 143 №-li qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.ünvan 1 ünvanında yerləşən əczaçılıq müəssisəsində Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 132 №-li Aktdan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.ünvan 1 ünvanında yerləşən əczaçılıq müəssisəsində planlı (növbəti) yoxlama keçirilmişdir. İnzibati işə əlavə olunmuş əmrlərdən çıxarışlardan görünür ki, Şəxs MMC-nin ştat cədvəlinə uyğun olaraq 0.5 ştatla satıcı vəzifəsinə təyin edilmiş X3 “Tibb bacısı” ixtisasına, ştat cədvəlinə uyğun olaraq 1 ştatla satıcı vəzifəsinə təyin edilmiş X1 isə “Mamalıq işi” ixtisasına malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar