Məhkəmə qərarları › İş №3(007)-881/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-881/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-881/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 31 mart 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov və R.babakişiyev küç, 2436-cı məhəllədə yerləşən Şəxs MMC-yə məxsus aptekdə dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanılması, sertifikatı olmayan dərman vasitələrinin saxlanılması aşkar olunduğuna görə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1, 452.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 28 fevral 2022-ci il tarixli 115 №-li qərara əsasən, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, A.Manafov və R.Babakişiyev küç, 246-cı məhəllədə yerləşən əczaçılıq müəssisəsinin fəaliyyəti yoxlanılarkən Şəxs MMC-yə məxsus aptekdə dövlət qeydiyyatından keçməyən və sertifikatı olmayan dərman vasitələrinin saxlanılması aşkar olunmuşdur. Faktla bağlı 31 mart 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli 123 №-li yoxlama aktı tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, A.Manafov və R.babakişiyev küç, 246-cı məhəllədə yerləşən Şəxs MMC-yə məxsus aptekdə yoxlama keçirilmişdir. xx.xx.2021-ci il tarixli 123 №-li yoxlama aktının tərtib olunmasında iştirak etmişdir. Yoxlama zamanı aptekdə aşkar edilmiş Cialis 5 mq № 28 adlı dərman vasitəsi şəxsi istifadəsi üçün aptekdə saxlanılmışdır. Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1, 452.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, inzibati işə əlavə olunmuş 28 fevral 2022-ci il tarixli 115 №-li qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov və R.babakişiyev küç, 246-cı məhəllədə yerləşən əczaçılıq müəssisəsində Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 123 №-li Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, A.Manafov və R.babakişiyev küç, 246cı məhəllədə yerləşən əczaçılıq müəssisəsində planlı (növbəti) yoxlama keçirilmiş və Şəxs MMC-yə məxsus aptekdə 8 adda dərman vasitəsinin qeydiyyatsız olduğu müəyyən edilmişdir. İnzibati işə Şəxs MMC-yə məxsus aptekdə qeydiyyatsız olduğu aşkar edilmiş dərman vasitələrinin fotoşəkilləri çəkilərək əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar