Məhkəmə qərarları › İş №3(007)-882/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-882/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-882/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, x xxxxxx 2020-ci ildə keçirilən Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmüşdür. Namizədliyi xx xxxxxx 2020-ci ildə qeydə alınıb. xx xxxxxx 2020-ci ildə “Nissan Versa” markalı ** LB *** dövlət nömrə nişanlı avtomaşını kirayə götürərək xx xxxxxx 2020-ci il tarixə kimi idarə etmişdir. Avtomobili idarə etdiyi dövrdə barəsində EQ 3044024, EQ 3046652, EQ 3052967, EQ 3099025, EQ 3100923, EQ 3105354, EQ ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında müvafiq olaraq cəmi 184 manat cərimə edilmişdir. Lakin bu protokolqərarları (elektron qərarları) o, almamışdır. Bu protokollar barədə avtomobili kirayə etdiyi şirkət ondan cərimə pullarını tələb etdikdə məlumat almışdır. DİN-nin BDYP İdarəsinə müraciət etmişdir. Bu səbəbdən müddəti buraxmamışdır. Törətdiyi inzibati xətalara görə EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“xxxxxxxxxxxxx” MMC (RENT a CAR) tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsi üçün yol vərəqəsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-ci il tarixədək AB seriyalı, 368183 nömrəli sürücülük vəsiqəsi olan X4 verilmişdir; -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, M-3, E-119, AH-8 Ələt-Astara-İran yolu, 212 km-də xx xxxxxx 2020-ci il tarixdə saat 15:58:01-də “Hyundai Elantra minik” markalı ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi, Qırğızıstan vətəndaşı X5 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürəti 12 km/saat həddində aşılmışdır. İnzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto materiala əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə X5 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X7 şikayətində kirayəyə götürdüyü ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilin markasını “Nissan Versa” kimi qeyd etsə də, yol vərəqəsindən görünür ki, sözügedən nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı olmuşdur. Bundan başqa, nəqliyyat vasitəsi X4 “xxxxxxxxxxxxx” MMC (RENT a CAR) tərəfindən xx xxxxxx 2020-ci il tarixədək verilsə də, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə daha sonra şikayətə məhkəmədə baxılmasının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələbinə əməl edilibedilməməsi məsələsinə hüquqi qiymət verərək qeyd edir ki, X7 xx xxxx 2020-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edib, törətdiyi inzibati xətaya görə EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(007)-882/2020 nömrəli qərardadı ilə X3 həmin şikayəti baxılmadan geri qaytarılmışdır. Belə ki, müəyyən edilmişdir ki, X7 şikayətə onun şikayət verməsinə əsas olmuş inzibati tənbeh vermə haqqında qərarın surətini, qərarın ona rəsmi qaydada təqdim edilməsi üçün Dövlət X9 müraciət edib-etməməsini təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. X6 Zakir oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(103)-1144/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(007)-882/2020 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsas götürülərək şikayət icraata qəbul edilmiş və məhkəmə baxışı keçirilməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə müvafiq araşdırma aparılmışdır. Məhkəmə tədqiqi zamanı X7 məhkəməyə sübut qismində mübahisələndirdiyi qərarı təqdim etmişdir. Hansı ki, həmin qərar yuxarıda tədqiq olunmuş iş materialı kimi elan olunmuşdur, qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:58:01-də “Hyundai Elantra minik” markalı ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi, Qırğızıstan vətəndaşı X5 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürəti 12 km/saat həddində aşılmışdır. Bu inzibati xəta hadisəsinin baş verməsinə görə X5 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə 10 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Konstitusiya və qanunlar ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin maddəni təhlil edərkən ilk növbədə, Konstitusiyanın 60-cı maddəsi, habelə cinayət-prosessual münasibətlərin xüsusiyyəti baxımından şikayət vermək hüququ olan subyektlərin dairəsini geniş şərh etmişdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin qeyd edilən maddəsində “digər şəxslər” ifadəsi şikayət vermək hüququ olan subyektlərin geniş şərh edilməsinə imkan yaratmışdır. İnzibati xətalara dair işlər üzrə icraat cinayət prosesinə nisbətən sadələşmiş və qısamüddətli olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi məhdud və konkret göstərilmişdir. Bundan başqa Cinayət- Prosessual Məcəllənin 449.2.3-cü maddəsindən fərqli olaraq, İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsində “digər şəxslər” anlayışı nəzərdə tutulmadığına görə həmin normanın geniş şərh olunması mümkünsüz olur. İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir; Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir. “xxxxxxxxxxxxx” MMC (RENT a CAR) tərəfindən X1 verilmiş “Hyundai Elantra” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə hüququ notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməmiş, avtomobil yol vərəqəsi əsasında onun istifadəsinə verilmiş, bu zaman isə avtomobilin təkrar dövlət qeydiyyatı istinad edilən Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilməmiş, nəqliyyat vasitəsi X2 adında qeydiyyatda qalmışdır. Məlum olduğu kimi, X7 törətdiyi inzibati xətaya görə EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv olunmasını xahiş etmişdir, hansı ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X7 deyil, X5 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati qaydada cərimə edilmişdir. Məhkəmə əlavə olaraq xatırladır ki, “Hyundai Elantra” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil X4 “xxxxxxxxxxxxx” MMC (RENT a CAR) tərəfindən xx xxxxxx 2020-ci il tarixədək verilmiş, lakin bu halda avtomobilin həmin şəxsin adına təkrar dövlət qeydiyyatı aparılmamış, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi isə xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu tənzimləyən İXM-nin 128.1-ci maddəsini şərh edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu x xxxxxx 2016-cı il tarixli Qərarında öz hüquqi mövqeyini dəqiq ifadə etmişdir, ona görə Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi hüquqi nəticə baxımından və İXM-nin 128.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2020ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar X7 barəsində qəbul edilmədiyi üçün o, həmin qərardan şikayət vermək hüququna malik olmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, X7 sözügedən qərardan şikayət vermək hüququna malik olmadığı üçün, onun qərarın ləğv edilməsinə əsas kimi irəli sürdüyü dəlillərin yoxlanılaraq onlara hüquqi qiymət verilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, X7 xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli qərardan şikayət vermək hüququ olan subyektlərin dairəsini müəyyən edən Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsində təsbit edilmiş şəxslər sırasına aid olmadığına görə o, həmin qərardan şikayət verə bilməz, odur ki, X3 şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar